Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Qənirə Paşayeva bir neçə məsələyə toxunub.
Deputat 2 aprelin Autizm Sindromlu Uşaqların günü olduğunu bildirib:
"Bu ailələrə dəstək artırılmalıdır. Həmçinin, onlayn təhsillə bağlı problemlər var. Kənd rayonlarından ali məktəblərdə təhsil alan tələbələr və şagirdlər ciddi problemlərlə üzləşir. Tovuz rayonu ilə bağlı da aidiyyəti qurumlara bir neçə dəfə səslənmişəm. Biz bilmirik, pandemiya səbəbindən onlayn dərslər nə qədər davam edəcək. Bu problem həllini tapmalıdır”.
Deputat təklif edib ki, pensiya yaşına 5-6 il qalmış insanların ixtisara salınması qadağan edilsin:
“Ən azı 7 il qalmış insanların ixtisara salınmasının qadağan edilməsi qanunvericiliyə salınmalıdır. Eyni zamanda Aliment Fondunun yaradılmasını dəstəkləyirik. Alimenti dövlət ödəyə bilər, ancaq sonra bu pulu qarşı tərəfdən məcburi almalıdır. Məhkəmə proseslərində ən çox gözlənilən problem alimentlərin ödənilməsi ilə bağlıdır. Bunun çətinliyini uşaqlar çəkir. Ana təkbaşına bu proseslərin həyata keçirilməsində zəif qalır.
Digər bir məsələ bəzi kəndlərdə olan məktəblərin ağır vəziyyəti ilə bağlıdır. Təhsilin millətin həyatında nə qədər vacib olduğunu nəzərə alaraq, bu problemlər ən qısa zamanda həllini tapmalıdır”.
“Bu pul qarşı tərəfdən məcburi alınmalıdır“ - Deputat
02
aprel
13:54

Qarabağ
KOMMENTLƏR
“Pensiyaya 10 il qalmış işdən çıxarmaq qadağan olunsun”
Şəhid ailələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur
“Şadlıq evlərində toy eləmək daha mümkün deyil”
Azərbaycanda bu tələbələrə 250 manat təqaüd verilə bilər - AÇIQLAMA
İbtidai sinif müəllimləri ayda 1 dəfə pulsuz koronavirus testindən keçiriləcək? - AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat