Bir ildən çoxdur ki, pandemiyaya görə toyların, böyük məclislərin qadağan edilməsi şou-biznes nümayəndələrini də dilə gətirib. Onlar dəfələrlə gəlir yerlərinin olmamasından gileyləniblər.
Axşam.az xəbər verir ki, bir çox sənət adamı maddi sıxıntı yaşadığından əlavə biznes qurub. Bəziləri isə pul qazanmaq üçün Rusiyaya üz tutub. Bir neçə sənət adamı isə əşyasını, avtomobilini satıb.
Xalq artisti Səməd Səmədov pandemiyada maşınını satdığını deyib. Müğənni bildirib ki, pulu olmadığı üçün bahalı avtomobilini sataraq, əvəzində daha ucuzunu alıb.
Əməkdar artist Elnarə Abdullayeva qızıllarını satdığını deyib. Xanəndə Rusiyada toylara getməzdən əvvəl pulsuz qaldığını və tək çarəni bunda gördüyünü bildirib.
Müğənni Nadir Qafarzadə də bahalı saatlarını sataraq maddi sıxıntıdan xilas olub. Hazırda isə sənətçi Rusiyaya işləməyə üz tutub.
Müğənni Elton Hüseynəliyev iki avtomobilindən birini satıb. Hazırda isə o, evlərdə keçirilən məclislərə qatıldığını deyib.
Müğənni Xuraman Şuşalı ötən ilin sentyabrında yeni tikdirdiyi villasını satışa çıxardığını açıqlayıb. O bildirib ki, evi hələ tam hazır deyil. 4 sot torpaq ərazisi olan tikiliyə Xuraman 100 min manat xərclədiyini söyləyib. İndi isə o, kafe açıb.
Müğənni Bahar Lətifqızı da çətin günlərində evini və avtomobilini satıb. Sənətçi iki evi olduğunu deyib. O bildirib ki, birini sataraq sıxıntılarını aradan qaldırıb.
Müğənni Aynur Dadaşovanın evini satdığı ortaya çıxıb. Həyat yoldaşından ayrıldıqdan sonra sənətə qayıdan və məclislərə gedən ifaçı pandemiyada işsiz qalıb. O da çarəni evini satmaqda görüb.
Müğənni Niyam Salami maddi sıxıntıdan ən çox gileylənən sənət adamı olub. O, bir müddət əvvəl “Range Rover” markalı maşınını satıb.
İşsiz qalan şou əhli: Evini, maşınını, qızıllarını satanlar
24
may
16:06
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev