Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovla görüşüb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı sülhməramlı missiyanın fəaliyyəti müzakirə edilib. Muradov, Rusiya kontingentinin atəşkəsin saxlanılması üçün gördüyü işlərdən bəhs edib. Eyni zamanda, tərəflər, sərhəddəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.скачать dle 12.1