
Bununla yanaşı icra başçısı rayonun meyvəçilik və faraş tərəvəzçiliklə məşğul olan Mırtı, Şəkər, Ərəbcəbirli, Bığır, İnçə, Ləkçılpaq kəndlərində də kümdarlar tərəfindən oxşar halların baş verməsinin şahidi olub.
Qeyd edək ki, rayon icra başçısı Mehdi Səlimzadə yaranmış problemlərin səbəblərinin dəqiqləşdirilməsinə müvafiq köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verib.
Xatırladaq ki, Göyçayda bir çox inzibati binada, kəndlərdə bəzi məktəb və digər yerlərdə də barama saxlanılması barədə xoşagəlməz hallar mövcuddur. Yəqin ki, bu neqativə yol açan Mehdi Səlimzadə bu halın aradan qaldırılması üçün də səsini çıxaracaq.
Yeni iddiaya görə, M.Səlimzadənin qəfil hərəkətə keçməsinin səbəbi var. O, əslində şəhər ərazisində (məsələn "Aztelekom"-un yerli binası-red) inzibati binalarda saxlanılan barama təsərrüfatlarını təcili kəndlərə köçürtdürür. Anlaşılan odur ki, Göyçayda baramaçılıq əvvəlki illərdə olduğu kimi, bu il də tənəzzül edir...
Demokratik.Az