Kəlbəcərin yeni icra başçısı Azər Qocayevlə bağlı ötən yazımızda da qeyd etmişdik ki, vəzifəyə təyin olunmasından 1 il keçməsinə baxmayaraq onun gördüyü hansısa bir iş diqqəti çəkmir.
Ömründə bircə gün Kəlbəcərdə olmayan, ixtisasca energetik ( el arasında mantyor deyirlər) olan, idarəetmə təcrübəsi olmayan Azər Qocayev kabinetdə oturub şəkil paylaşmaqla məşğuldur.
1 il müddətində Azər Qocayev bir nəfər də olsun Kəlbəcərli şəhid ailəsini ziyarət etməyib, bir nəfərin də problemi ilə maraqlanmayıb.
Təzə icra başçısının 1 ildə 1-cə işi olub: 44 günlük müharibədən sonra polislə birgə Kəlbəcərə gedən kənd icra nümayəndəsinin müavinini işdən qovub. Bərəkallah. Özün getmirsən, qoy barı başqaları getsin də.
Bir sözlə, təzə icra başçısı haradan başlayıb harada qurtarmağı bilmir.
Gundelik-baku.com-a daxil olan məlumata görə, icra başçısı öz müavini- ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fərqanə Əhmədova ilə yola getmir. Xanım müavin isə, ümumiyyətlə, icra başçısını saymır, hətta işə də çıxmır. Təzə başçı, ümumiyyətlə, öz müavinləri ilə "dil tapa" bilmir. Bir müddət əvvəl 1-ci müavini Eldəniz Mehtiyevi vəzifəsindən uzaqlaşdırmaq istədi, ancaq sonra hansısa səbəbdən gücü çatmadı.
Eldəniz Mehtiyev isə milyonçunun biridir, neçə yerdə nəqliyyat marşrutları var.
Eldəniz Mehtiyevə gücü yetməyən başçı indi onu özü ilə rayondakı qərargaha aparıb.
Bütün bunlar azmış kimi. icra başçısı Azər Qocayev siyasi səhvlər buraxır, Prezidentin irəli sürdüyü məsələlərə laqeyd yanaşır.
Məlumdur ki, cənab İlham Əliyev Respublikada baramaçılığın inkişafı üçün təşəbbüs göstərir, bu sahəyə diqqət ayırır.
İcra başçısı Azər Qocayev isə deyir ki, " Kəlbəcərdə barama olub ki, indi də olsun, nə barama ee".
Görəsən, ümumiyyətlə, Azər Qocayev ömründə barama görübmü ?
Deməli, Azər Qocayev Kəlbəcərdə baramaçılığın inkişafına mane olur. Əks təqdirdə, bilənlər bilir ki, indiyə qədər barama qurdu paylanmalı idi.
Sözün qısası, Azər Qocayevin heç bir aqrar sahədən məlumatı yoxdur.
Azər Qocayev təkcə aqrar sahəni deyil ee, heç ədəb-ərkan məsələsini də mənimsəməyib. Başa düşmür ki, böyüyün üzünə ağ olan, böyürə böyürə gedər.
Kəlbəcərin icra başçısı Azər Qocayev deyir ki, Kəlbəcər hara, barama hara... - İcra başçısı öz müavinləri ilə yola getmir...
10
may
18:57

Qarabağ
KOMMENTLƏR
Yeni icra başçısı Azər Qocayev 1 ildə Kəlbəcər üçün nə iş görüb ?- Sabiq başçı, hazırda isə Kəlbəcərin deputatı Aqil Məmmədov 9 ildə nə iş gördü ?
Kəlbəcərin təzə icra başçısı Azər Qocayevin 1 ili tamam oldu- 1 ildə icra başçısı nə iş görüb ?
Kəlbəcərin gənc icra başçısı Azər Qocayev nə işlə məşğuldur?
İcra başçısı özünə yeni köməkçi təyin etdi
Kəlbəcərin icra başçısı müavinini və köməkçisini İŞDƏN ÇIXARDI
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat