Şəmkir sakinindən silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında  əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Şəmkir rayon sakini H.Qasımzadədən “AKS-74” markalı avtomat silahı və 1 ədəd süngü bıçaq, habelə gizlətdiyi “AK” markalı avtomat silahı, 30 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.скачать dle 12.1