Ağdamın Sənaye Parkı kəndlərdə də minlərlə iş yeri yaradacaq
Real TV bildirir ki, Ağdamda əsası qoyulan sənaye parkı həm Ağdam şəhərinin mərhələli bərpasının, həm də azad edilmiş ərazilərin aqrar inkişafının hərəkətverici qüvvəsi olacaq. Sənaye parkında fəaliyyətə başlayacaq tikinti materialları və qida sənayesi müəssisələri şəhərin qurularaq, məskunlaşmasına, emal müəssisələri isə aqrar sektorun dirçəldilməsinə təkan verəcək.
Elşad Nuriyevin sözlərinə görə, Ağdam Sənaye Parkında ikinci mərhələdə qida emalı müəssislərinin qurulması planlaşdırılır. Bu müəssislər Ağdam rayonun kəndlərində yetişdiriləcək məhsulları emal edəcək. Bu zaman işğaldan öncə sovet respublikalarında yaxşı tanınan "Ağdam" şərablarının məşhurluğundan istifadə ediləcək.
Ümumiyyətlə, dünyanın bir çox ölkələrində dövlət tərəfindən yaradılmış üzümçülük klasterlərinin inkişafı bütünlükdə aqrar sektorun inkişafına təkan verir. Çünki burada əsas istehsal sahəsi ilə yanaşı, məcburən qablaşdırma, gübrəçilik, suvarma texnologiyaları sektorları da inkişaf edir. Cənubi Amerika şərabçılıq klasterlərinin uğurları sırasına kooperasiya mədəniyyətinin formalaşdırılması da daxildir. Kaliforniya üzümçülük klasterlərində isə universitetlərlə aqrar sektorun əlaqəsi təmin edilib. Ağdam Sənaye Parkında da bu klasterin dövlət tərəfindən xüsusi dəstəklənməsi planlaşlırılır.
Təbii ki, sənaye parkının yaradılması, orada müəssisələrin yerləşdirilməsi həm parkın özündə, həm Ağdam rayonunun kəndlərində çox sayda yeni iş yerinin açılmasına imkan yaradacaq. Bu isə bərpa olunan kəndlərdə çox sayda ailənin dolanışığının təmin ediləcəyi deməkdir. Bu prizmadan baxdıqda, Ağdam Sənaye Parkının işə salınması BÖYÜK QAYIDIŞIN müjdəçisi olacaq.
7News.Az
Böyük sənaye Qarabağa qayıdır - VİDEO
11
iyun
17:38
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev