“Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, AMEA üzrə Fizika-Riyaziyyat və Texnika elmləri bölməsinə yeni Biofizika İnstitutu əlavə edilib. İnstitutda da fəlsəfə və elmlər doktoru üzrə doktorantura ixtisasına qəbul olacaq.
Nazirlər Kabinetindən qərara verilən izahında bildirilib ki, AMEA-nın Biofizika İnstitutu 2016-cı ildən etibarən biofizika sahəsində fundamental və innovasiya xarakterli tətbiqi elmi tədqiqat işlərinin həyata keçirilməsi istiqamətində uğurla fəaliyyət göstərir. İnstitutda AMEA-nın 2 müxbir üzvü, 4 elmlər doktoru və 6 fəlsəfə doktoru çalışır.
İnstitutun ən mühüm vəzifələrindən biri yeni elmi istiqamət olan biofizika sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasıdır. 2017-ci ildən etibarən Biofizika İnstitutunun alim və mütəxəssisləri tərəfindən magistratura pilləsi üzrə, eləcə də fəlsəfə və elmlər doktoru hazırlığı üzrə yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə başlanılıb. Lakin İnstitutda doktorantura mövcud olmadığı üçün yüksəkixtisaslı kadrların hazırlanması işi AMEA-nın və respublikanın digər elmi müəssisələrində məqsədli sifarişlər əsasında həyata keçirilib. Bu da bir sıra hallarda kadr hazırlığını institutun tələbləri səviyyəsində həyata keçirməyə mane olur.
Mövcud maddi-texniki bazasını, magistratura və doktorantura təhsil pillələri üzrə kadr hazırlığı sahəsində qazandığı təcrübəni nəzərə alaraq, AMEA-nın Biofizika İnstitutunda fəlsəfə və elmlər doktoru hazırlığı üzrə 2406.01 – Biofizika (biologiya, tibb, fizika, texnika), 2406.02 – Biokimya (biologiya, kimya, tibb, texnika, aqrar elmlər), 2424.01 - Riyazi biologiya, bioinformatika (biologiya, riyaziyyat) ixtisasları üzrə doktoranturanın yaradılması və bununla bağlı Nazirlər Kabinetinin müvafiq Qərarının qəbul edilməsi məqsədəuyğun sayılır.
Qərarın qəbul edilməsi Biofizika İnstitutunda doktorant və dissertantların hazırlanmasının həyata keçirilməsinə imkan yaradır.
Daha bir instituta doktorant hazırlamaq səlahiyyəti verildi - Baş nazirdən QƏRAR
12
iyun
12:17
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev