"Xaliq Faiqoğlu" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində cərimə protokolu tərtib edilib.
“Report” xəbər verir ki, protokol Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün göndərilib.
İş hakim Vüsal Tağıyevin icraatındadır.
MMC-yə prokotol İnzibati Xətalar Məcəlləsinin 192.1 (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə tərtib olunub.
Bu inzibati xətaya görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
“Xaliq Faiqoğlu” şirkətinin mətbuat xidmətindən "Report"a bildirilib ki, şirkət tərəfindən işə götürülən şəxslərin hər biri ilə qanunvericiliyə uyğun əmək müqaviləsi bağlanır:
“Belə ki, bir müddət əvvəl şirkətə məxsus avtobuslardan biri növbədə olmayan sürücülərdən biri tərəfindən sərxoş vəziyyətdə qaçırılıb.
Həmin vaxt onun yanında olan digər şəxsin guya konduktor kimi işlədiyi qeyd edilib. Halbuki həmin şəxsin “Xaliq Faiqoğlu” şirkəti ilə hər hansı bağlılığı yoxdur. Hazırda iş məhkəmə icraatındadır”.
Qeyd edək ki, "Xaliq Faiqoğlu" şəhərdaxili sərnişindaşıma sahəsində fəaliyyət göstərir.
Sərnişindaşıma şirkətinə protokol yazılıb
14
iyun
16:32
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı