"Engin" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində inzibati qaydada protokol tərtib olunub.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 448-ci (Saxta və ya dövlət standartlarının, standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə uyğun olmayan malların idxal edilməsinə görə) maddəsi ilə təqsirli bilinir.
Baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilən işə hakim Günay Cavadovun sədrliyi ilə baxılacaq.
Sözügedən xətanın törədilməsinə görə, saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, "Engin" MMC müxtəlif növ istehlak məhsullarının ölkəyə idxalı və satışı ilə məşğuldur.
"Engin" MMC ölkəyə saxta və keyfiyyətsiz məhsul İDXAL EDİB
18
mart
12:58

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat