Vaksinasiya genefondun təhlükəsizliyi məsələsidir.
Real TV xəbər verir ki, son günlər ölkəmizdə koronavirus pandemiyasına yoluxma sayında kəskin azalma müşahidə olunur.
Ötən günün statistikasına nəzər salsaq, aydın olar ki, son sutkada Azərbaycanda COVID-19-dan ölüm sayı qeydə alınmayıb.
Bu mənada, heç şübhəsiz, xəstəliklə mübarizədə müsbət dinamikanın nəzərə çarpmasında başlıca rolu məhz vaksinasiya oynayır.
Digər tərəfdən, ölkəmizə yeni növ koronavirus infeksiyasına qarşı müxtəlif şirkətlərə məxsus peyvəndlərin gətirilməsi vətəndaşlar üçün seçim imkanlarını genişləndirməklə bərabər, həm də vaksinasiyaya olan marağı daha da artırıb. Elə bu səbəbdəndir ki, paytaxt poliklinikalarında növbə gözləyənlər də yetərincədir.
Başqa sözlə desək, Nazirlər Kabinetinin "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarına uyğun olaraq, vaksinasiya olunan vətəndaşlara verilən imtiyazlar da sözügedən prosesi sürətləndirən əsas məqamlardandır.
Qeyd edək ki,18 yaşdan yuxarı və əksgöstərişləri olmayan, habelə, vaksin vurdurmaq istəyən hər bir şəxs "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə, adıçəkilən xəstəlik əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidirlər.
Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra isə ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur.
Azərbaycanda peyvənd olunmayanlara hansı qadağalar qoyulacaq? - AÇIQLAMA - VİDEO
15
iyun
15:20
Qarabağ
KOMMENTLƏR
Azərbaycanda sərt karantin gəlir, əgər... -Əhaliyə MÜRACİƏT EDİLDİ
Azərbaycanda son sutkada koronavirusun statistikası
Azərbaycanda vaksinasiya olunanların sayı 500 mini ötdü
Azərbaycanda bu tarixdə iri ticarət mərkəzləri və “Mall”ar açılacaq – AÇIQLAMA
Azərbaycanda vaksinasiya olunanların sayı yarım milyonu keçdi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı