Azərbaycanda yoluxanların sayında kəskin azalma müşahidə olunur. Belə ki, yoluxma sayı 4000-dən 1000 düşüb. Qeyd edək ki, dekabrın 29-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 4 209 nəfər müalicə olunaraq sağalıb.COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, 37 nəfər vəfat edib. Bundan əlavə Azərbaycanda yanvarın əvvəlindən vaksinasiyaya başlanılması gözlənilir. Vaksinasiyadan sonra virusun zəifləyəcəyi və gündəlik yoluxanların say daha da aşağı düşəcəyi gözlənilir. Əgər gündəlik yoluxanların sayında azalma dinamikası davam edərsə fevral ayından iri ticarət mərkəzləri açıla bilərmi?
Bununla bağlı danışan deputat Azər Badamov bildirib ki, ölkədə tətbiq olunmuş sərt karantin rejimi öz müsbət nəticəsini verir:
“Karantin rejimi sərtləşdirilənə qədər gündəlik yoluxmaların sayı 4 mindən çox idisə, son günlər min ətrafındadır. Tətbiq olunmuş məhdudiyyətlərin Yeni il bayramı günlərində daha da sərtləşdirilməsi, düşünürəm ki, yoluxmaların sayını kəskin azaldacaqdır. Həm də yeni ildən başlayaraq peyvəndlənmə işlərinə start veriləcəkdir. Əgər kütləvi pevəndlənmə edilərsə, təbii ki, vəziyyətdən asıllı olaraq fevral və ya mart aylarınd karantin rejiminin sərtləşdirilməsinə ehtiyac qalmaz və tətbiq olunmuş məhdudiyyətlər ləğv oluna bilər. Məhdudiyyətlərin ləğv olunması bütün sahələrə, o cümlədən iri ticarət mərkəzlərinə də şamil oluna bilər. Bununla yanaşı qeyd etmək istəyirəm ki, sərt karantin rejimində ediləcək yumşalmalar gündəlik yoluxmaların dinamikasından asıllı olacaqdır”.
Azərbaycanda bu tarixdə iri ticarət mərkəzləri və “Mall”ar açılacaq – AÇIQLAMA
30
dekabr
15:40

Qarabağ
KOMMENTLƏR
Dekabrın 31-də "SMS icazə" sistemi ləğv ediləcək? - AÇIQLAMA
SMS icazə ilə bağlı açıqlama: Yanvarın 18-nə kimi...
Azərbaycanda koronavirusa yoluxanların sayı artdı, 12 nəfər öldü
Koronavirusa yoluxanların sayı açıqlandı - GÜNÜN STATİSTİKASI
Azərbaycanda karantin rejimi ləğv edilir? - TƏBİB-dən açıqlama
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat