15 iyun - Milli Qurtuluş Günündə, Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa Bəyannaməsi imzaladığı bir gündə ölkə idmanı adına da qürurverici zəfər yaşanıb.
Gənclər və İdman nazirliyindən verilən məlumata görə, iyunun 15-də Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.
Litvanın paytaxtı Vilnüs şəhərində yerləşən qərargahında keçirilən seçkidə Azər Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.
Yeni postu ilə bağlı Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinə açıqlama verən Azər Həsənov bu tarixi uğurun məhz Azərbaycan xalqı üçün əlamətdar tarixlərə - Milli Qurtuluş gününə və eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qədim Şuşada türk müttəfiqliyini rəsmiləşdirdikləri bir günə təsadüf etməsindən qürur duyduğunu bildirib.
Qeyd edib ki, beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək. 5 il müdddətinə seçilən Azər Həsənovun yaxın tarxilərdə Gənclər və İdman Nazirliyində mətbuat konfransı keçiriləcək.
Azərbaycanlı beynəlxalq federasiyanın prezidenti seçildi
18
iyun
14:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat