Azəriqaz-dan son dövrlərdə saysız-hesabsız şikayətlər eşidirik.Yeni il günü yaşanan problemlər insanların bayram günü çörəyinin zəhər olması yəqin ki,hamının yadındadır.İnsanlar 5 gün hətta 1 həftə qazsız qaldı.Kiminin evində xəstəsi vardı,kiminində evində körpə balası.

Amma Azəriqazın vəzifəli şəxsləri bunu necə başa düşsünlər ?

Operativ.info xəbər verir ki,Metroda bir neçə gün öncə baş vermiş problemə görə,metropolitenin rəisi Vüsal Aslanov dünən xalqdan üzr istədi,çox peşman olduğunu etiraf etdi.

Amma 5 gün 1 həftə insanları qazsız qoyan Azər Məmmədov bunu özünə sığışdırmadı.Niyə axı,Azər Məmmədov!

Cənab Prezident hər zaman çıxışlarında bildirir ki,məmurlar xalqın xidmətçisidirlər.

Bu söz sizə şamil edilmir,Azər Məmmədov ?

Niyə heç kimi saymırsınız ?

Bilirsiniz bu sualları sizə niyə verirəm ?

Çünki yerlərdə təyin etdiyiniz rəis heyəti də,heç kimi saymır.

Sumqayıt Regional Qaz İstismar İdarəsinin rəisi təyin etdiyiniz Sübhi Bayramov və onun işçiləri Hafiz Yunuslu Bəxtiyar Hidayətzadə özlərini Sumqayıtın Allahı kimi aparırlar.

Eyni ilə də,Abşeron rayon qaz istismar idarəsinin rəisi Pərviz və sahə rəisi Məqatildə özlərini Abşeronun ALLAHI zənn edir.


İnsanların qazlarını kəsirlər,sayğaclarını söküb aparırlar.

Görəsən,Abşeron rayon qaz idarəsinin rəisi Pərviz vətəndaşın,müharibə veteranının qazını kəsib,insanları qazsız qoyub evində necə rahat yata bilir ?

Görəsən etdiyi əməldən heç utanırmı ?

Bax əsas da,adlarını sadaladığım Sübhi Bayramov,Hafiz Yunuslu,Bəxtiyar Hidayətzadə,Pərviz və Məqatil "Azəriqaz" İB-nin baş direktoru Azər Məmmədova qarşı vətəndaşlarda mənfi fikir oyadıblar.Bəlkə də,siz və sisteminiz pis işləmirsiz.

Kiçik bir nüyansı nəzərə çatdırım.

Yeni il ərəfəsində baş verən problemdə əsas etiraz Sumqayıt və Abşeron ərazilərində yaranmışdı.Hətta Sumqayıtda insanlar yolu belə kəsmişdilər.Çünki Sübhi Bayramov və Hafiz Yunuslu vətəndaşların canını o qədər boğazına yığmışdı ki,vətəndaşlar elə bir himə bənd idilər.Bu indidə belədir.Sübhi Bayramov,Hafiz Yunuslu,Pərviz hələ də vətəndaşları narazı salmağa davam edir,Bəxtiyar Hidayətzadə və Məqatildə vətəndaşa və əraziyə ’’alver’’ gözü ilə yanaşır.Bu sözü də,əbəs yerə demədim.Bəxtiyar Hidayətzadənin sayğac problemi olan vətəndaşlarla otağındakı danışığı bunu yazmağa əsas verir ki,o isti kabinetində oturub ’’alverini’’ edir.Bu barədə yazmaq bu yazıya sığmayacağından onu növbəti yazımıza saxlayırıq.

Keçən yazımızda izləyicilərimizə anonsunu verdiyimiz Sübhi Bayramovun və Neftayırma Zavodunu sabiq direktorunun oğlu olan Hafiz Yunuslunun geniş imkanlara malik olması və Sübhi Bayramovun Qarabağ Veteranına məxsus qaz sayğacını hansısa məmurun obyektinə aparmağı ilə bağlı araşdırmamızı da oxucularımızı yormamaq üçün növbəti saylarımıza saxladıq.

Sonda onu qeyd edək ki,Sübhi Bayramov,Hafiz Yunuslu,Bəxtiyar Hidayətzadə,Pərviz və Məqatil işlərinin öhtəsindən gələ bilmir.

Çox hörmətli,Azər Məmmədov!

Adlarını sadaladığımız məmurları daha yaxşı yetişmiş kadrlarla əvəzləyib məmur kimi xalqın rəğbətini qazana bilərsiniz.