Mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən "Fulya" filmi haqda rejissoru mövqe bildirib. Musavat.com xəbər verir ki, rejissor Tahir Tahiroviç sosial şəbəkədəki statusunda film barədə bəzi detalları açıqlayıb və bu mövzuda gedən müzakirələrdən razı qalmadığını deyib.
T.Tahiroviç deyib ki, bir neçə gündür müəllifi olduğum "Fulya" adlı sənədli filmin müzakirəsi getsə də, çəkilişlərdə olduğu üçün xüsusi reaksiya verməyib: "Amma və lakin....Xatırladım ki, bu film Mədəniyyət Nazirliyinin həyata keçirdiyi müsabiqədə qalib olan filmlərdən biridir. Yəni, əgər layihə müsabiqədə jüri tərəfindən qalib olunubsa, burda nazirliyin heç bir günahı yoxdur. Qalib olan layihəni şərtlərə görə maliyyələşdirməyə borcludur. Əgər biz "Azərbaycanfilm" olaraq Fulya Ozturk haqqında film çəkməyə istəkli olmuşuqsa, burda onun nə günahı var? Mən təklif etmişəm, o da qəbul edib. Sözünüz varsa, mənə deyin. Fulya müzakirə mövzusu ola bilməz. Çünki ideya və müəllif bizik. Fulya Öztürkün müdafiəsinə ehtiyac yoxdur. O, müdafiə olunmağı yaxşı bilir, çünki peşəkar təhsil görmüş hərbi jurnalistdir. Qısası, nə sualınız olsa, mən 24/7 hazıram. Söz yox ki, istənilən şəxs mənə sual ünvanlıya bilər. Niyə Fulya? Arxayın olun ki, kimliyinizdən asılı olmayaraq cavabınızı alacaqsız".
“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”
20
iyun
10:22
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı