“Bolluq LTD” MMC-nin Şirvan şəhər filialında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Şirvan Şəhər Prokurorluğunda aparılan araşdırma zamanı MMC-nin satış təmsilçisi vəzifəsində işləmiş Gündüz Həsənli tərəfindən 2020-ci il noyabrın 1-dən 2021-ci il aprelin 19-dək olan dövrə 69 müştəri üzrə mədaxil və məxaricə dair həyata keçirilmiş əməliyyatlarda 15 400 manat məbləğində çatışmazlıq aşkar edilib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda cinayətin təfərrüatının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir
Azərbaycanda satıcıya cinayət işi açıldı: 15 min manatlıq mənimsəmə
24
iyun
15:48

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat