Azərbaycanda iyunun 12-də dünyaya gələn beşəmlərdən biri vəfat edib.
Oxu.Az-ın məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq, beşəmlərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Daha əvvəl məlumat verdiyimiz kimi uşaqlardan dördü oğlan biri qız olub. Bu gün oğlanlardan biri ölüb. Digər uşaqlar reanimasiya şöbəsindədir, vəziyyətləri stabildir. 
Xatırladaq ki, Azərbaycanda ilk dəfə dünyaya gələn beşəmlərin anası 29 yaşlı Lamiyə Mürşüdlüdür. Beşəm hamiləliyin 29-cu həftəsində həkim ginekoloqlar Öndər Tulumbacı və Emin Haqverdiyevin nəzarəti altında dünyaya gəlib.

скачать dle 12.1