"Lamiyənin vəziyyəti bir neçə gün öncə pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Təzyiq, şəkər və qanın aşağı düşməsi ilə bağlı artıq bir neçə gündür ki, həkim nəzarətindədir. Oksigen aparatı ilə nəfəs alır".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında beşəm dünyaya gətirməyə hazırlaşan Lamiyə Mürşüdlünün anası Təranə Yusifzadə deyib.
O bildirib ki, uşaqların nə vaxt dünyaya gələcəyi Lamiyənin səhhətindən asılıdır:
"Hazırda beşəmlər 28-ci həftəsini tamamlayıb, 29-cu həftələrinə keçiblər. Beşəmlərə ciyər iynəsi vurulub. Ancaq həkim bildirir ki, ciyər iynəsi vurulandan sonra 15 gün uşaqların ana bətnində qalması, onların dünyaya gəldikdən sonra reanimasiya dövrünün uzun olmamasına səbəb ola bilər. Məhz bütün bunları nəzərə alaraq həkim usaqların dünyaya gəlməsini 30-cu həftə üçün nəzərdə tutub. Ancaq yenə də hər şey Lamiyənin sağlamlığından asılıdır. Sağlamlığı imkan verənə qədər uşaqlar ana bətnində qalacaq, əks halda əməliyyat olunacaq".
Beşəm dünyaya gətirməyə hazırlaşan Lamiyənin halı pisləşdi, xəstəxanaya yerləşdirildi
08
iyun
17:15

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər