Rövşən Əkbərova qarşı irəli sürülən ittiham təsdiqini taparsa, yəni xuliqanlıq məqsədilə qəsdən adam öldürmə halı təsdiq olunarsa, ona 14 ilə yaxın həbs cəzası düşür.
Bunu Bakupost.az -a açıqlamasında hüquq müdafiəçisi Səməd Vəkilov deyib.
S.Vəkilov bildirib ki, Rövşən Əkbərovun işini yüngülləşdirən hallar da var:
“O, Qarabağ müharibəsinin iştirakçısı və Milli Qəhrəmandır. Bu amillər onun cəzasını yüngülləşdirəcək hal kimi nəzərə alınacaq. Ola bilər ki, cəza növü seçilərkən qeyd etdiyim məqamlar nəzərə alınsın, lakin Rövşən Əkbərov hərbi rütbədən, hərbi addan məhrum edilə bilər. Məhkəmənin belə bir səlahiyyəti var”.
Qeyd edək ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bakı Hərbi Məhkəməsində məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçiriləcək prosesin hazırlıq iclası iyulun 16-a təyin edilib.
Rövşən Əkbərovu neçə il həbs gözləyir?
05
iyul
21:32
Qarabağ
KOMMENTLƏR
Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə istintaq yekunlaşdırıldı
Rövşən Əkbərovun hakim qarşısına çıxarılacağı gün AÇIQLANDI
Rövşən Əkbərovun həbsiylə bağlı detallar açıqlandı: Kafedə yeyib-içəndən sonra...
Zakir Qaralov Rövşən Əkbərovun cinayətinə niyə göz yumub? - Əlavə ittihamlar irəli sürüləcək
Rövşən Əkbərovun şikayəti təmin edilmədi
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev