Nepotizm (qohumbazlıq) korrupsiyanın bir növüdür. Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri (AAYDA) Saleh Məmmədovla qudası – Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımovun iş birliyi nepotizmin ən bariz təzahürlərindəndir. Sədr bununla AAYDA-nın struktur vahidlərində rəhbər vəzifələrdə çalışan şəxslərə də nümunə göstərib. Hərçənd, sistemdə heç də hamı öz qohumunu vəzifəyə yerləşdirməyə müvəffəq ola bilmir. Bundan ötrü işinin öhdəsindən gəlmək, vəzifəni layiqincə yerinə yetirmək deyil, “yuxarının” korruptiv tələblərini “qüsursuz”yerinə yetirmək, dövlətin yol infrastrukturunun təkmilləşdirilməsinə yönəltdiyi maliyyə vəsaitini peşəkarcasına mənimsəmək qabiliyyəti tələb olunur.
Uzun müddət 6 saylı Regional Yol İstismar İdarəsinin rəisi işləmiş Şükür Astanov bu tələblərə yüksək səviyyədə cavab verdiyindən, vəzifəsinin ona verdiyi bütün fürsətləri dəyərləndirə bildi: Həm ölçüyəgəlməz vara-dövlətə, mülkə-səltənətə yiyələndi, həm dövlət tərəfindən fəxri ad və mükafatlara “layiq” görüldü, həm özünü xalqa “xeyriyyəçi” kimi sırımağı bacardı, həm vəzifəsini “hörmət-izzətlə” tərk etməyə müvəffəq oldu, ən nəhayət, tərk etdiyi vəzifəsini qohumuna ötürərək de-fakto yenə həmin vəzifədə söz sahibi olmaq imkanını qorudu.
Korrupsiya ortaqlığı prinsiplərinə həmişə sadiq qalmış köhnə kadrları öz orbitində saxlamaqda fayda görən Saleh Məmmədov da Şükür Astanovun “xidmətlərini” dəyərləndirərək onun yerinə bacısı oğlu Zülfüqarı təyin etdi. İndi heç kəsə sirr deyil ki, Şükür Astanov dövlət müəssisəsinin rəhbər kreslosunu miras kimi ötürdüyü bacısı oğlunun idarəetmə işinin əsas yönəldicisidir, hər şeyə özü nəzarət edir.
Ümümiyyətlə, AAYDA sistemində çoxdandır tendensiyaya çevrilmiş bu cür vərəsəlik məsələsi həm də ona görə sərfəlidir ki, xələf öz sələfinin vaxtilə imza atmış olduğu çirkin əməllərin üstünü açmasın. Əslində nə qədər ki Saleh Məmmədov vəzifə başındadır, Agentliyin struktur vahidlərində rəhbər vəzifəyə “köhnə qvardiya” üzvlərinin qohumları olmasalar da belə, təsadüfi şəxslər heç cür irəli çəkilə bilməz və heç kəsin “ağ qarğa” olub öz sələfinin cinayətlərini ifşa etməsi, “qarğıdalıya protiv getməsi” mümkünsüz görünür. Əks halda, yəni Saleh Məmmədovun pulyeyən şəbəkəsinə qeyd-şərtsiz üzv olmayacağı təqdirdə həmin şəxs sədrin himayəsini – arxasındakı “böyük dayağı” itirib ən azı vəzifəsindən məhrum olar.
Beləliklə, hamının gəlməli olduğu qənaət bu olmalıdır: Şükür Astanovun idarə rəisi vəzifəsində olduğu dönəmdə fəaliyyəti ciddliklə araşdırılmalı, o, dövlətdən oğurladığı pulları geri qaytarmağa məcbur edilməlidir.
RealMedia.az
İmişlidə Şükür Astanov MÜƏMMASI... - Özü getsə də, bir əli dövlətin cibindədir...
08
iyul
11:44

Qarabağ
KOMMENTLƏR
İmişlidə qanunları saya salmayan ASTANOV... - ETSN buna nə deyir?..
Göyçayda əməlli-başlı talançılıq var... - GİLEY
İcra Hakimiyyəti Vilyam Haciyevin adamı ilə müqavilə bağladı – Yarım milyondan çox…
“Azəriqaz”da bəzi regional idarə rəislərinin yerləri dəyişdirildi - Kimlər hara təyin olundu?
Azərbaycanda yüksək rütbəli məmur virusa yoluxub?
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat