Bu barədə avropalı diplomat özünün tvitter hesabında yazıb.
O bildirib ki, görüşdə İqtisadi və İnvestisiya Planının tətbiqinə dair fikir mübadiləsi aparılıb: "Həmçinin görüş zamanı COVID-19-un yaratdığı çağırışlara cavab tədbirlərindən də söhbət açdıq".
Xatırladaq ki, Aİ komissarı Cənubi Qafqaz turu çərçivəsində iyulun 7-də Gürcüstanda olub, iyulun 8-də isə Azərbaycana gəlib. O, iyulun 9-da Ermənistana səfər edəcək.
O.Varhelyinin region ölkələrinə səfərinin məqsədi İqtisadi və İnvestisiya Planını təqdim etmək və ikitərəfli münasibətlərin vacib məsələlərini müzakirə etməkdir.

