T.İsmayılovun uzun müddətdir borcunu ödəyə bilməməsi səbəbindən "Mardan Stadium" İstanbul Anadolu 3-cü İcra Ofisi tərəfindən hərraca qoyulub.
Hərrac iyulun 28-də İstanbul Anadolu Ədliyyəsində baş tutacaq. Stadion 178 milyon 854 lirə qarşılığında satışa çıxarılacaq.
Qeyd edək ki, 102 min 645 kv.m-lik ərazidə inşa edilmiş "Mardan Stadium"da idman kompleksi və bazalar, 2 futbol meydançası, 5 tribuna, məşq meydançaları mövcuddur.
Xatırladaq ki, 2015-ci ildə T.İsmayılov borclarının müəyyən qismini ödədiyi üçün "Mardan Palace"in satışı dayandırılmışdı.



