Bakıda nənə nəvəsinin məktəbəqədər təhsil müəssisəsində döyüldüyünü iddia edir. Onun sözlərinə görə, 2 yaşlı uşağa qarşı zorakılıq tətbiq edilib. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək istəsək də, təəssüf ki, buna nail ola bilmədik. Şikayətçi uşağın döyülməsi ilə bağlı polis bölməsinə müraciət edib.
Xəzər TV xəbər verir ki, azyaşlı uşaq bağçada döyülüb.
Kəmalə Əhmədova iddia edir ki, 2 yaşlı nəvəsi Paytaxtın Nərimanov rayonunda yerləşən 56 saylı uşaq bağçasında döyülüb.
Uşağın nənəsi "Xəzər Xəbər"ə bildirdi ki, onun nəvəsi bədəninin müxtəlif nahiyələrindən xəsarət alıb. Kəmalə Əhmədova döyülmə faktını tibbi ekspertizanın da təsdiqlədiyini iddia edir.
Onun sözlərinə görə, bununla bağlı bağçanın rəhbərliyinə müraciət etsələr də, hansısa nəticə əldə olunmayıb.
Sonradan qarşı tərəflə telefonla əlaqə saxlamağa cəhd etdik. Uşağın Aytən adlı qrup rəhbəri sualımızı cavabsız qoydu.
Artıq məsələ ilə bağlı Nərimanov rayon 17-cı polis bölməsinə də müraciət olunub. Faktla bağlı araşdırma aparılır.
Bakıda bağçada uşağa qarşı zorakılıq - 2 yaşlı uşağı bu hala kim saldı? - VİDEO
13
iyul
12:10
Qarabağ
KOMMENTLƏR
Bakıda usta təmir etdiyi evdə azyaşlı uşağı zorladı
Azərbaycanda azyaşlı qıza təcavüz edilib? - DİN hərəkətə keçdi
Anası və ögey atası tərəfindən işgəncə görən uşaqdan XƏBƏR VAR
Azərbaycanda iki uşağın dəhşətli həyat hekayəsi - VİDEO
Bakıda özəl uşaq bağçasında qalmaqal: Müdir müəllimi döyüb? - AÇIQLAMA
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı