"Bərdədə anası tərəfindən əlləri yandırılan uşaq hazırda nənəsi ilə xəstəxanada müalicə alır”.
Bununla bağlı Oxu.Az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib.
Onun sözlərinə görə, sağlamlığın bərpası və təhlükəsizliyi ilə bağlı tədbirlər görülüb:
"Uşağa psixoloji yardımlar da göstərilir. Uşağın atası ögeydir. Bərdə Rayon Prokurorluğunda valideynlərdən izahatlar alınıb”.
O əlavə edib ki, məsələ barədə dövlət qurumları koordinasiyalı şəkildə iş aparır:
"Yerli icra hakimiyyəti, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tədbirlər icra edilir”.
Elgün Səfərov deyib ki, uşağın qəyyumluğu barədə qərar prokurorluğun verdiyi qərardan sonra bilinəcək:
"Cinayət işi ilə bağlı məsələ başa çatdıqdan sonra uşağın valideyn himayəsi ilə bağlı qərar veriləcək”.
Qeyd edək ki, Bərdədə 7 yaşlı uşaq anası və anasının qeyri-rəsmi yaşadığı şəxs tərəfindən zorakılığa məruz qalıb.
Anası və ögey atası tərəfindən işgəncə görən uşaqdan XƏBƏR VAR
24
may
17:51

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat