Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisində fəaliyyət göstərən, toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı bəzi şadlıq saraylarında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Belə ki, “Əsgər” şadlıq evinin şərtlərə uyğun olaraq ümumilikdə 40 qonaq qəbul etmə imkanlarının olmasına baxmayaraq, toy mərasimində 110 nəfərin iştirak etdiyi, eləcə də orada olanların COVID-19 pasportu olmadığı aşkarlanıb. Virusun yayılmasına real zəmin yaradan obyekti işlədən Asif Mustafayev barəsində toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.
“Miraj”, “Sevgi” və “Sərin” şadlıq saraylarında aparılan yoxlamalar zamanı təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi, icazə verilən saydan artıq qonağın iştirak etməsi müəyyən olunub. Yol verilən qayda pozuntuları ilə bağlı obyektlərin icarədarlarına və toy sahiblərinə ciddi xəbərdarlıq edilib, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
"Miraj” şadlıq sarayının icarədarı Elnur Allahverdiyev 4 min, “Sevgi” şadlıq sarayının icarədarı Tahir Əliyev 5 min məbləğində cərimə olunub. “Sərin” restoranını icarə əsasında işlədən Rübail Abbasov barəsində toplanmış materiallar isə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o, 4 min manat məbləğində cərimələnib.
Mingəçevirdə şadlıq sarayının sahibinə cinayət işi açıldı - VİDEO
17
iyul
12:02
Qarabağ
KOMMENTLƏR
“Samirə”, “Ağ saray” və “Ay işığı” restoranları CƏRİMƏLƏNDİ - FOTO
Bu şadlıq saraylarında karantin qaydaları POZULDU - FOTO
Azərbaycanda 16 COVID-19 xəstəsi barəsində cinayət işi başlanılıb
“Ay ulduz”, “Kral” və "Nəqşicahan" şadlıq saraylarında QANUNSUZLUQ
Hadı Rəcəblinin obyektlərində reyd keçirildi: Saxlanılanlar var
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev