Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqda iqtisadi prioritetlər üstünlük təşkil edir. İndi bu prioritetləri siyasi müstəviyə də daşımağın zamanı yetişib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Bakı səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü isə iqtisadi əməkdaşlığın dərin siyasi əlaqələrə keçməsi üçün önəmli idi.
Bu baxımdan İlham Əliyevlə Şarl Mişelin görüşündəki müzakirələr Azərbaycan-Avropa İttifaqı münasibətlərinin geniş spektrini əhatə edib və siyasi əlaqələrdən məmnunluq ifadə olunub.
2020-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi 9,5 milyard ABŞ dollarına çatıb.
Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir.
Bununla bağlı Prezident İlham Əliyev iyulun 18-də Şarl Mişellə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Prezident xatırladıb ki, Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır.
Belə ki, Azərbaycan Avropa İttifaqının doqquz üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib.
“Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir. Düşünürəm ki, bu, bizim hökumətimizin çox böyük nailiyyətidir. Bu, həmçinin əməkdaşlıq üçün əlavə imkanlar yaradır”,-deyə İlham Əliyev əlavə edib.
Azərbaycan Avropanın enerji bazarlarının şaxələndirilməsində böyük rol oynayır.
“3 500 kilometr uzunluğunda inteqrə olunmuş kəmər sistemi və nəhəng “Şahdəniz-2” qaz yataqlarının işlənməsi ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsidir” - deyən İlham Əliyev əlavə edib ki, Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard ABŞ dollarından çoxdur.
Şarl Mişel də açıqlamalarında xoşməramlı mövqelər səsləndirib və deyib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil.
“Əksinə, bu, birgə iş aparmaq istəyinə, innovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıqdır. Məhz bu ruhda iqtisadi inkişaf baxımından Avropa İttifaqının hesab etdiyi iki prioritet – iqlim dəyişməsi və rəqəmsal inqilab birgə başladığımız layihələrin əsasında olmalıdır”, - deyə Şarl Mişel əlavə edib.
Şarl Mişel Azərbaycanın regionlarına səfər edib, Şamaxıda olub, Cümə məscidini ziyarət edib. Bu, Avropa İttifaqı Şurası Prezidentinin Azərbaycan xalqının dəyərlərinə, İslam dininə hörmətinin göstəricisidir.
Şarl Mişel Azərbaycana səfəri çərçivəsində ölkəmizin inkişaf səviyyəsi və perspektiv inkişaf istiqamətləri ilə tanış olub. “Azərkosmos” ASC-ni ziyarət edib, İpək yolu və Ələt Azad İqtisadi zonası ilə bağlı təqdimatda iştirak edib.
Səfərin siyasi tərəflərinə gəlincə, Şarl Mişel Bakıda Qarabağa dair hər hansı status məsələsini dilinə gətirməyib.
Bu onu göstərir ki, Avropa İttifaqı yaranmış yeni reallığı başa düşür və regionla bağlı siyasətində bu reallığı nəzərə alır.
Bu, Şarl Mişelin nitqində də aydın hiss olunub. Şarl Mişel Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi üçün Avropa İttifaqının dəstəyini də ifadə edib.
Göründüyü kimi Avropa İttifaqı Azərbaycanla münasibətlərin hazırkı səviyyəsini və bunun perspektivini düzgün qiymətləndirmək zərurətini dərk edir.
İndi Avropa İttifaqının qarşısında bəzi çağırışlar durur:
1. İşğaldan azad edilmiş ərazilərdəki yenidənqurma işlərində Avropa şirkətlərinin fəaliyyətini təşviq etmək,
2. “Ağıllı kənd” kimi müasir texnoloji əsaslara malik layihələrdə iştirak etmək,
3. Avropa İttifaqı Azərbaycana münasibətdə də sadələşdirilmiş viza rejimindən azad viza rejiminə keçidi aktuallaşdırmalıdır.
İlham Əliyevlə Şarl Mişelin Bakı danışıqları: Avropa İttifaqının qarşısında duran çağırışlar – ŞƏRH
19
iyul
17:53
Qarabağ
KOMMENTLƏR
Şarl Mişel Azərbaycana gəlir
Putin Avropa İttifaqı Şurasının rəhbəri ilə danışıb
Avropa İttifaqı liderləri Belarusla bağlı konfrans keçirəcəklər
Prezident İlham Əliyev Aİ Şurası və Avropa Komissiyasının prezidentlərini təbrik edib
"Sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqaz Aİ-nin marağındadır" - Şarl Mişel
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev