Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hökumətin iclasında ölkəsinin Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan etdi.
Bəs Paşinyanı bu bəyanatı səsləndirməyə nə vadar etdi?
Milli Məclisin deputatı Elman Nəsirov bu barədə Sfera.az-a açıqlamasında bildirdi ki, Paşinyanın belə bir mövqeyə gəlməsi obyektiv səbəblərlə və Rusiya amililə bağlıdır:
"Paşinyanın bu məsələdə artıq alternativi də yoxdur. Ona görə alternativi yoxdur ki, sülhdən imtina nəticə etibarı ilə Ermənistanın düşdüyü ağır iqtisadi durumdan çıxmasına daha ciddi əngəl olacaq. Sülhdən imtina kommunikasiyaların bərpası işinə də maneə olur. Belə davam edəcəyi təqdirdə Ermənistan yenə də blokadada qalacaq”.
Deputat Paşinyanın seçkiöncəsi çıxışlarında da Azərbaycanla kommunikasiyaların bərpasında maraqlı olduğunu, Zəngəzur dəhlizinin açılmasının labüddüyünü etiraf etdiyini xatırladıb:
"Yəni Paşinyan vəziyyəti qiymətləndirərək, bu qənaətə gəlib. Hesab edirəm ki, Azərbaycan Prezidentilə Rusiya lideri Putin arasında olan son danışıqlarda Bakının sülh müqaviləsi imzalamağa hazır olması, İrəvanın isə bu istiqamətdə heç bir müsbət impuls verməməsi məsələsi də ciddi müzakirə olunub. Yəni Paşinyanın məlum mövqeyinin dəyişməsi obyektiv səbəblərlə bağlıdır. Eyni zamanda, burada Rusiyanın da Paşinyana müəyyən təsir göstərdiyi istisna deyil”.
E.Nəsirov dedi ki, Paşinyanın belə bir bəyanatı nəticə etibarı ilə regionda yeni situasiyanı şərtləndirəcək:
"Sözün həqiqi mənasında əməkdaşlıq üçün münbit şərait yarana bilər. Azərbaycan Prezidenti İlham Əliyev artıq öz mövqeyini bildirib və belə bir təşəbbüslə çıxış edib. Paşinyandan da artıq cavab gəlib. Ona görə hesab edirəm ki, artıq regionda yeni reallıqların yeni mərhələyə keçdiyinin şahidi ola bilərik”.
Paşinyanı sülhə vadar edən səbəblər - Bugünkü bəyanatın PƏRDƏARXASI
23
iyul
10:28
Qarabağ
KOMMENTLƏR
Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etdi
Hər səfərində Putin Paşinyanı qəbul edərkən... – İlginc detallar
Prosesin gedişi sülh müqaviləsinin imzalanacağını deməyə əsas verir (ŞƏRH)
"Paşinyan özü gedən deyil, göndərmək lazımdır" - Erməni deputat
Putin Paşinyanın atasının adını səhv dedi, sosial şəbəkələrdə gündəm oldu - VİDEO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı