Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Qeyd olunan şəhər və rayonların ərazisində göstərilən müddətdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılır (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisna olmaqla).
Bəs, görəsən, bu günlərdə cəza müddəti bitən məhbusların azadlığa buraxılması ilə bağlı məsələ necə tənzimlənəcək? İctimai nəqliyyatın işləmədiyini nəzərə alsaq, məhbuslar evlərinə necə gedəcək?
Oxu.Az məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, bu kimi hallar olarsa, operativ qərargahın karantin tələblərinə ciddi riayət olunacaq.
Eyni zamanda qeyd olunub ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən sərt karantin rejimi dövründə cəza müddəti bitən məhkumların azad olunması həmişə olduğu kimi, qanunvericiliyə uyğun prosedurlar çərçivəsində icra ediləcək.
Ədliyyə Nazirliyindən sorğuya verilən cavab oxucular üçün daha aydın olsun deyə, məsələ ilə bağlı Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyevin mövzuya aydınlıq gətirməsini istədik.
O bildirdi ki, mövcud vəziyyətlə bağlı sərt karantin günlərində azadlığa buraxılan məhkumlara müvafiq arayışlar veriləcək:
“Məhkumlara verilən müvafiq arayışlar onların istənilən yerə rahat gedə bilməsini təmin edir. Digər məsələ ola bilər ki, artıq keçmiş məhbusların yaşayış yerlərinə çatması ilə bağlı problemləri olsun. Bu zaman Penitensiar Xidmət məsələnin həlli istiqamətində tədbirlər görməlidir.
Çünki cəza müddəti bitən məhbusun əlavə bir saat belə cəzaçəkmə müəssisəsində saxlanılması yolverilməzdir. O, dərhal azadlığa buraxılmalıdır. Eyni zamanda, həmin şəxslər üzrlü hesab edildiyi üçün heç bir halda karantin rejimini pozmuş hesab edilə bilməzlər. Azadlığa çıxan məhkumların yaşayış yeri şəhər və ölkə xaricindədirsə, hazırda ora gedə bilmirsə, Penitensiar Xidmət həmin şəxslər üçün müvafiq yataqxanalar da təşkil etməlidir. Azadlığa çıxan məhkumların bütün yol xərcləri dövlət tərəfindən, yəni Penitensiar Xidmət tərəfindən qarşılanır.
Eyni zamanda ictimai nəqliyyatın fəaliyyət göstərməməsini nəzərə alaraq, həmin şəxslərə nəqliyyat vasitələrinin təmin edilməsi məsələsi də müvafiq qaydada Penitensiar Xidmət tərəfindən nəzərə alınmalıdır. Bütün bunlar praktikada da mövcuddur. Penitensiar Xidmət öz vəzifəsini kifayət qədər qanunamüvafiq şəkildə həyata keçirir”.
Sərt karantin günlərində azadlığa buraxılmış şəxslər evlərinə necə gedəcək? - AÇIQLAMA
11
iyun
09:59
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev