Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Azərbaycanda su qıtlığının olması fikri ilə razılaşmır.
Ekoloq açıqlamasında bildirib ki, Azərbaycanda su probleminin olması ilə bağlı deyilən fikirlər həqiqəti əks etdirmir: “Azərbaycan 3 tərəfdən dağlarla əhatə olunub, dörd bir yanı dənizdir. Torpağın altında istənilən qədər su ehtiyatı var. Su problemi ilə bağlı deyilən fikirlər suyun qiymətinin artırılmasına xidmət edir. Bu isə müəyyən kommersiya maraqları güdür”.
Ekoloqun müşahidələrinə əsasən, son 7-8 il ərzində Bakı şəhərində və rayonlarda yağıntıların miqdarı azalıb: “Yağıntılar azaldıqca torpaqda olan nəmliyi günəş buxarlandırır. Yaranan su qıtlığı da quraqlıqla əlaqədardır. Əgər yağış yağmırsa, deməli, yeraltı su anbarları da dolmur”.
Telman Zeynalov ötən gün Neftçala rayonunda yaranan içməli su probleminə də toxunub.
Qeyd edək ki, Kürün deltasında ilk dəfə olaraq Xəzər dənizinin suyu çaya qarışıb. Nəticədə Neftçala şəhəri də daxil olmaqla, 6 qəsəbə və 3 kəndin içməli su problemi yaranmışdı.
Ekspert deyir ki, axın istiqamətinə görə, Kür Xəzərdən hündürdədir: “Dağlarda gedən aşınma nəticəsində sular Xəzərə çökür, Kürün səviyyəsi daha da enir. Buna görə də orada su qovuşması mümkün deyil. Neftçalada su qıtlığının yaranmasının yeganə səbəbi orda balıqçılıqla məşğul olan şəxslərin yeni su anbarları yaratmasıdır. Artezian quyuları qazdırıb quyuları su ilə doldururlar. Hesab edirəm ki, Prezident yanında vətəndaş cəmiyyəti şurası olmasa, problem həllini tapmayacaq”.
Ekspert gələcəkdə su qıtlığının olması ehtimalını da vurğulayıb: “Beynəlxalq təşkilatların proqnozlarına görə, 2080-2100-cü illərdə dünyada su qıtlığı yaranacaq. Sadəcə hazırda Azərbaycanda su qıtlığı ilə bağlı yayılan fikirlər çirkin şayiədən başqa bir şey deyil. Qalan su ehtiyatlarını nəzarət altına alıb butulkalara doldurub əhaliyə satmaq istəyirlər. Bu, “tacir oyunu”dur. Suya qənaət olunmalıdır, israfçılığa yol vermək olmaz”. //Teleqraf//
Azərbaycanda suyun qiymətini qaldırmaq istəyirlər – Bu, “tacir oyunu”dur
11
iyun
10:06

Qarabağ
KOMMENTLƏR
Kür çayında suyun səviyyəsi 18 santimetr artıb
Azərbaycanda DƏHŞƏT: Məktəbə gedən şagird transformatorda yandı
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərginin açlışında iştirak edib
"Sədərək" Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli Xəzər dənizinin sahilini hasarladığına görə cərimələnib
Bakının bu əraziləri
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat