Bu gün bir qrup diaspor nümayəndəsi Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə işğaldan azad olunan Şuşa şəhərinə səfər edib.
Uzun illərdir Şimali Kipr Türk Cümhuriyyətində yaşayan, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev də Şuşanı ziyarət edənlər arasındadır.
Bu barədə modern.az-a məlumat verən bəstəkar həddən artıq sevincli olduğunu dilə gətirib:
“Şuşaya öz yolumuzla, Zəfər yolu ilə gəldik. Mən Şuşada sonuncu dəfə 1987-ci ildə olmuşdum. Xankəndində bir tamaşaya musiqi yazırdım. Ondan sonra Şuşada olmamışdım. Çox qürurluyam. İnşallah, yol tam hazır olandan sonra daha rahat gələcəyik. Torpaq yolu olduğundan, inşaat işləri yekunlaşmadığından, bəzi yerlərdə avtomobillər normal sürətlə gedə bilmirdi. Bütün bunlara rəğmən biz Şuşadayıq. Heç birimiz də yorulmadıq. Çünki məqsədimiz vardı ki, gəlib Şuşaya çataq”.
C.Quliyev deyib ki, ziyarətçi sayı çox olduğundan Şuşada gecələməyəcəklər:
“Təxminən 100 nəfərə yaxın adam var. Onların hamısının qalması problem olar. Ona görə geri dönəcəyik”.
Bəstəkar, həmçinin bildirib ki, Qarabağla bağlı yazdığı əsəri Mədəniyyət Nazirliyinə və Azərbaycan Televiziyasına təqdim edib:
“Mən təhvil verdim. Nəticəsi barədə məlumat verilməyib. AzTV-yə də verdim, çünki o əsəri ifa edəcək olanlar həm nazirlikdə, həm də oradadır”.
O, hələlik Şəkiyə getmək fürsətinin olmadığını əlavə edib.
Qeyd edək ki, Uzun illərdir Şimali Kipr Türk Cümhuriyyətində yaşayan, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev iyulun 17-də Azərbaycana gəlib.
Cavanşir Quliyev 34 ildən sonra Şuşaya getdi
27
iyul
20:19
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev