"Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri arasında imzalanan “Bakı bəyannaməsi” çox mühüm əhəmiyyət kəsb edir".
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakıda keçirdiyi mətbuat konfransında deyib.
TBMM sədrinin sözlərinə görə, bu platforma hansısa dövlətlərə qarşı yönəlməyib: "Türkiyə və Pakistan Azərbaycanı hər zaman dəstəkləyib".
“Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında imzalanan “Bakı bəyannaməsi”nin əsas prioritet istiqamətlərindən biri parlamentlərarası əlaqələrin genişləndirilməsidir”, - deyən M.Şentop vurğulayıb ki, beynəlxalq platformalarda birlikdə hərəkət etmək məsələsi bəyənnamədə yer alıb:
“Azərbacanın deputatlarının yer almadığı beynəlxalq arenada Türkiyə deputatları qardaş ölkənin haqlarını müdafiə edir. İslamofobiya ilə bağlı mücadilədə birgə mübarizə aparmaq əsas hədəflərdəndir. Bunlar ilk addımdır”.
Qeyd edək ki, ötən gün Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə “Bakı Bəyannaməsi” imzalanıb.
Bəyannaməni Milli Məclis sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar. Bəyannamə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini, hər üç ölkənin siyasi münasibətlərinin daha da gücləndirilməsini və digər sahələri əhatə edir.
Şentop “Bakı bəyannaməsi”nin əsas prioritetini AÇIQLADI
28
iyul
10:36
Qarabağ
KOMMENTLƏR
Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin görüşü başladı
Sabah Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri “Bakı bəyannaməsi” imzalayacaq
Bakı Bəyannaməsi imzalandı
Türkiyə və Pakistan parlametlərinin sədrləri Azərbaycana səfərə gəlib
Prezident Mustafa Şentopu qəbul etdi - FOTO
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev