Operativ qərargahın verdiyi qərara əsasən sentyabrın 1- dən etibarən Covid – 19 pasportu olmayan şəxslərin qapalı məkanlara girişi qadağandır. Bu qərar ən çox toy sahibkarlarına və incəsənət adamlarına çətinlik yaradır.
Verilmiş qərara əsasən toyda iştirak edən şəxslərin Covid -19 pasportu olmalıdır. Restoranlarda ciddi yoxlanış işləri aparılır və gün ərzində 2000-ə yaxın şəxs Covid – 19 pasportu olmadığı üçün şənliyə buraxılmayıb.
Biz də toy iştirakçıları ilə yanaşı incəsənət adamlarının vaksin olunub olunmadığını öyrənmək üçün onlarla əlaqə saxladıq.
Minval.info-nun kiçik sorğusu zamanı bəlli olub ki, müğənnilərin çoxu vaksinasiyadan keçib. Olmayanlar da toysuz qalmamaq üçün vaksin vurdurmağa hazırlaşır. Amma müğənnilərin böyük hissəsi vurdurduqları peyvəndin adını bilmədi. Ya yaddaşları yaxşı deyil, ya da peyvənd olunmayıblar…
Afət Fərmanqızının “Covid – 19 peyvəndi olmusunuzmu“ sualına cavabı belə oldu – “Ailəliklə hamımız peyvənd olunmuşuq. Bu işə ciddi yanaşırıq. Özümüzü qorumalıyıq”.
Müğənni Lalə Məmmədova, Qurd ləqəbi ilə tanınan Fərid Eminov və aktyor Şəhriyar Əbilov da vaksin olunanlar sırasındadır. Onların hər ikisi “Sinovac”la vaksin ediliblər.
Manaf Ağayev isə deyir ki, “Mən ilk dəfə çıxanda vurdurmuşam. Növündən başım çıxmır. Onu uşaqlar bilir. Birinci dozanı da, ikinci dozanı da vurdurmuşam“.
Nadir Qafarzadə isə yenicə vaksin olunub: “Bəli. Birinci doza vurulub. İkincinin vaxtını gözləyirəm”
Daima toylarda iştirak edən sənətçilərin vaksinasiyadan keçməsi mütləqdir. Çünki bir toydan digərinə gedən, yüzlərlə insanla təmasda olan müğənnilər, toy aparıcıları daha məsuliyyətli olmalıdırlar. Vaksin olunmayıb toylarda iştirak edən hər kəs qanun qarşısında cavab verməli olacaq.
Hər gün toyda olan müğənnilər vaksin vurdurublar? - Cavablar
29
iyul
14:56
Qarabağ
KOMMENTLƏR
Peyvənd vurdurmayan müğənni toy apara bilməz - DİN
Azərbaycanda bu şəxslərə peyvənd vurulmadan ömürlük sənəd verilə bilər - VİDEO
Bu tarixdən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq
COVID-19 pasportu almağın hansı üstünlükləri var? - CAVAB
COVID-19 pasportu olmayanlar bu məkanlara BURAXILMAYACAQ
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı