Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə Azərbaycanda iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan və ad günü) keçirilməsinə icazə verilib. Amma bu zaman toy edəcək və məclisə qatılacaq şəxslər bəzi qaydalara əməl etməlidirlər. Onlardan biri də peyvənd olunmaqdır. Belə ki, toya gedən şəxsin vaksin pasportu olmalıdır. Bəs görəsən, Covid-19 pasportu olmayan müğənni toy apara bilər?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DIN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Axşam.az-ın sorğusunu cavablandırıb. O bildirib ki, peyvənd etdirməyən müğənni toy apara bilməz:
"Daxili İşlər Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin ötən gün keçirdiyi monitorinqlərin nəticələri göstərir ki, qayda pozuntusu müşahidə olmadı. Toyda olan müğənnilərin vaksindən keçməməsi müşahidə edilməyib. Neqativ hal aşkarlanmayıb. Bu göstərir ki, müğənnilərin əksəriyyəti vaksindən keçib. Amma Covid-19 pasportu olmayan müğənninin toy aparmasına icazə yoxdur.
İstər qapalı, istər açıq məkanlarda, istərsə də 50-150 nəfərə qədər şəxsin olduğu toy keçirilən məkanlarda xidmət personalı, işçi heyətindən tam vaksinasiya, ya da avqustun 1-nə kimi ilk dozanın vurulması tələb edilir. Bu qaydaların qorunması ilə bağlı aidiyyatı qurumlar birgə nəzarət tədbirləri həyata keçirir".
Peyvənd vurdurmayan müğənni toy apara bilməz - DİN
02
iyul
14:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat