1 avqust 2021-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumat əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Mürəkkəb relyefli dağlıq ərazidə başlanan yanğının qarşısının alınmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup kənd sakini iştirak edir.
Hazırda yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti keçməsi fonunda yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
12:27
"Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə meşədə baş verən yanğınla bağlı bütün qüvvələrimiz səfərbər olunaraq yanğının tez bir zamanda söndürülməsi üçün çalışırlar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin, rayon icra hakimiyyətinin və yerli kənd camaatının köməyi ilə yanğının digər ərazilərə keçməsinin, genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib.
Nazirlik rəsmisi yanğınlarla bağlı vətəndaşlara çağırış edib:
"Havaların isti keçməsi, insanların təbiət qoynuna üz tutması meşələrdə yanğınların baş vermə ehtimalını artırdığı üçün hər kəsi bir daha yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə çağırırıq.
Unutmayaq ki, cüzi ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur, söndürülməsi çox böyük əziyyət və zəhmət tələb edir, flora və faunanın, torpaq qatının məhvi ilə bərabər, dövlətimizin büdcəsinə külli miqdarda ziyan dəyir”.
FHN Qəbələdəki yanğınlarla bağlı əhaliyə çağırış etdi - YENİLƏNİB
11
avqust
16:22
Qarabağ
KOMMENTLƏR
Qəbələdəki yanğının söndürülməsinə helikopter cəlb olundu
Xocavənddə YANĞIN - Helikopterlər havaya qaldırıldı (VİDEO)
FHN və ETSN Yardımlıdakı yanğınla bağlı MƏLUMAT YAYDI - VİDEO
FHN Qırmızı Bazardakı yanğınla bağlı məlumat yaydı - VİDEO
Xocavənddə ermənilərin minaladığı ərazidə yanğın oldu - Video
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev