Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında fərman imzalayıb.
Fərmanla Nazirlər Kabinetinə iki ay müddətində “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanının 7.4-cü bəndinə uyğun olaraq aparılmış inventarlaşdırmanın nəticələri əsasında işğaldan azad olunmuş ərazilərdə tikililərin mövcud vəziyyəti və həmin tikililərdə baş verən dəyişikliklər barədə məlumatların uçotunun aparılması, habelə tikililərin sökülməsi sahəsində dövlət orqanlarının (qurumlarının) çevik əlaqələndirilmiş fəaliyyətinin təmin edilməsi məqsədilə işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrini (bundan sonra – reyestr) yaratması tapşırılıb.
1.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifləri əsasında “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”ni təsdiq etsin;
1.3. işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin daha səmərəli təşkili məqsədilə reyestrə daxil olan tikililərin müvafiq ərazidə tikinti niyyətinin həyata keçirilməsi zərurəti ilə bağlı sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan kateqoriyalar üzrə bölgüsünü təsdiq etsin;
1.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir;
2.2. bu Fərmanın 1.3-cü bəndinə əsasən sökülməsi mümkün olan tikililərin sökülməsinə bu barədə məlumat təqdim edildikdən, digər tikililərə münasibətdə isə sökülmənin məqsəduyğunluğuna dair aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulan “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” ilə müəyyən edilən qaydada rəy verilməsindən sonra həyata keçirilir.
3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi:
3.1. bu Fərmanın 2.2-ci bəndindən irəli gələn tələblərə riayət edilməsinə nəzarəti həyata keçirsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyevdən işğaldan azad olunmuş ərazilərdəki tikililərlə bağlı FƏRMAN
12
avqust
16:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat