Bizim.Media üçün səsləndirdiyi özəl şərhində deputat bildirdi ki, bəyanatın 4-cü bəndinə əməl olunmur.
Faktlar var ki, Rusiya sülhməramlılarının dəstəyi ilə erməni silahlıları Qarabağa yerləşdirilməkdədir:
“Daha dəqiq desək, Muxtar və Şuşakənd ətrafında postlar qurulur. Eyni zamanda Laçın və Zəngilan rayonlarının şərq hissəsində bu tip erməni postları qurulmaqdadır. Bu isə 10 noyabr sənədilə dabandabana ziddiyyət təşkil edir. Rus sülhməramlıları buna görə böyük məsuliyyət daşıyırlar. Bundan başqa, Azərbaycan XİN İrana nota verdi. İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Ona bildirildi ki, İran ərazisindən Qarabağa təyinatı məlum olmayan yüklər daşınır. Bu isə Azərbaycanın icazəsi olmadan baş verir. İranın Ermənistana bu cür dəstəyi qəbuledilməzdir”.
Çünki qəbul zamanı Rusiyanın Ermənistan ordusunun modernləşdirilməsinə ciddi dəstək verəcəyi ifadə olunub:
“Eyni zamanda Şoyqu Ermənistanı Rusiyanın əsas hərbi müttəfiqi kimi adlandırdı. Təbii ki, bu da Ermənistanda revanşizm duyğularını gücləndirən haldır. Bütün bunlar Azərbaycan ictimaiyyətini narahat edir. Məsələlərlə bağlı həm Müdafiə Nazirliyi, həm də XİN öz sərt mövqeyini açıq şəkildə bildirib. Bu reallıqlar fonunda Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlara hazır olduğunu bildirib. Həmçinin ATƏT-in Minsk Qrupundan yeni təkliflər gözlədiyini elan edib. Bu da İrəvanın növbəti təxribatçı davranışıdır”.
Deputat ATƏT-in Minsk Qrupunun ömrünü çoxdan başa vurduğunu deyərək fikirlərini belə davam etdirib:
“Qarabağın statusu ilə bağlı yeni təklif icad edəcəklər? Ali Baş Komandanımız söyləyib ki, status yoxdur və olmayacaq da. Qarabağ İqtisadi Rayonu ilə də bağlı fərman imzalanıb. Bunlardan sonra Minsk Qrupu hansı təklifi ortaya qoya bilər?
Elman Nəsirov sonda vurğuladı ki, ermənilər vaxt udmaqla regionda yeni gərginlik ocağı yaratmaq istəyirlər. Lakin qalib tərəf Azərbaycan olduğu üçün şərtləri də Bakı diktə edir.
