Ermənistan Müdafiə Nazirliyinin 15 hərbçisi əsir alınıblar. Onlar Laçın dəhlizindən keçərək Əsgəran rayonuna çatmaq üçün mülki paltar geyiniblər və bu minvalla guya "adi vətəndaş”lar olduqlarını göstərməyə çalışıblar.
Erməni bloqer Vardan Qukasyanın verdiyi məlumata görə, tutulan ermənilər Ermənistan Müdafiə Nazirliyinin hərbi xidmətə çağırdığı şəxslər olublar. Ermənistanın Müdafiə Nazirliyi və habelə, erməni bloqerlər, Telegram-dakı erməni kanallar bu məlumatı "feyk” adlandırsalar da, Gorusda yaşayan ermənilər 15 erməni hərbçinin saxlandığını təsdiqləyiblər.
İrəvan-Gorus-Xankəndi marşrutunun Laçın rayonundan keçən hissəsi, yəni "Laçın dəhlizi” 6 kilometr uzunluğundadır.
Noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmaya görə, eni 5 km olan Laçın dəhlizi Ermənistanla qarabağlı ermənilər arasında nəqliyyat-kommunikasiya vasitəsi rolunu oynamalıdır.
"Laçın dəhlizi” Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin nəzarətindədir.
Şuşanın yanından keçən İrəvan-Xankəndi marşrutu müvəqqətidir. Yaxın 3 il ərzində yeni marşrut çəkilməli və Laçın şəhəri dəhliz üçün ayrılmış 5 kilometrlik zolaqda qalmaq "məcburiyyət”indən qurtulmalıdır.
Eyni zamanda, Qarabağın rusiyalı sülhməramlıların nəzarətində olan hissəsində Ermənistan Müdafiə Nazirliyinin istisnasız olaraq, bütün hərbçiləri son nəfərədək çıxarılmalıdır.
Bu, üçtərəfli anlaşmanın 4-cü bəndində nəzərdə tutulub. Lakin Ermənistan anlaşmanın həmin bəndinə əməl etmir. Qarabağda hələ də minlərlə erməni hərbçi var və onlar dislokasiya yerlərini dəyişməyiblər.
Ermənstanın Müdafiə Nazirliyi hələ də Qarabağda rusiyalı sülhməramlıların nəzarətində olan ərazilərə hərbçilər yollayır, onları rotasiya edir. 15 erməni hərbçisinin də mülki paltarda tutulması buna dəlalət edir.(Milli.Az)
Laçın dəhlizində 15 erməni əsgəri əsir götürüldü
29
yanvar
13:08

Qarabağ
KOMMENTLƏR
“Laçın dəhlizi terrorçuların, silahlı şəxslərin nüfuz etdiyi və silahların daşındığı bir qapı olmamalıdır” - Korotçenko
“Laçında erməni qalmayıb” - Rusiyalı sülhməramlılar
“Üç ilə Laçın şəhəri də bizə qaytarılacaq” - İlham Əliyev
Laçın dəhlizindəki sülhməramlıların yeni VİDEOSU yayıldı
Laçın yolunu Ermənistanın özü bağlayıb - Hikmət Hacıyev
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat