“Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil. Lakin onun sözünün mənası və çəkisi böyükdür.” Cöx böyük məna yükü və əhəmiyyəti olan bu fikirlərin müəllifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Azərbaycanın dünya miqyasında sözünün çəkisinin böyüklüyünü təmin edən şəxs də onun özüdür, cənab Prezidentdir. Ölkə Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində bu gün Azərbaycan dünyada mövqeləri kifayət qədər güclü olan bir dövlətə çevrilib. Azərbaycanı beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edirlər. Azərbaycan qarşısına qoyduğu istənilən hədəfə çatmaq iqtidarında olan və eyni zamanda, Ali Baş Komandanının rəhbərliyi ilə yeni bir tarix yazan, yeni reallıqlar yaradan dövlətdir. Xüsusilə də 44 günlük Vətən müharibəsi dövründə Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Ordumuzun qazandığı tarixi Qələbə sözün həqiqi mənasında Azərbaycanın gücünü və potensialını ortaya qoydu.”
Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
E.Nəsirov qeyd edib ki, tarixi Qələbəmiz onu təmin edən üç mühüm amili də ortaya qoydu: “Birincisi, Ali Baş Komandanın siyasi iradəsi, ikincisi, ordumuzun Ali Baş Komandanın rəhbərliyi ilə göstərdiyi qəhrəmanlıq, üçüncü həlledici amil isə xalqın birbaşa dəstəyidir. Azərbaycan Prezidentinin qazandığı bütün tarixi uğurların kökündə dayanan əsas amil budur ki, o, öz xalqını bütün varlığı ilə sevir. Bu sevgi qarşılıqlıdır. Xalq da cənab Prezidentin arxasında dayanıb. Onun hər bir təşəbbüsünü, fikrini və mövqeyini birmənalı dəstəkləyir. Bunun sayəsində müəyyən beynəlxalq siyasi dairələr, anti-Azərbaycan qüvvələr ölkəmizlə bağlı çirkin niyyətlərini həyata keçirmək üçün heç bir münbit şərait əldə edə bilmirlər. Bunun səbəbi həm də onunla bağlıdır ki, ölkə Prezidenti İlham Əliyev müstəqil, xalqının milli mənafeyindən irəli gələn siyasət həyata keçirir.”
Millət vəkili bu məqamı da xüsusi qeyd edib ki, bu siyasət heç bir halda üçüncü dövləti hədəfə almayıb: “Bu, qarşılıqlı əməkdaşlığa, bərabərhüquqa söykənən siyasətdir. Bunun sayəsindədir ki, dünyanı narahat edən ən mürəkkəb məsələləri müzakirə etmək üçün ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyi danışıqlar aparmaq üçün məhz Azərbycanın paytaxtını, Bakı şəhərini seçirlər. Bu nəyin sayəsindədir? Ölkə Prezidenti İlham Əliyev elə bir siyasət həyata keçirir ki, ona inanır, etimad göstərir, etibar edirlər. Məhz Azərbaycanda çox mühüm yüksək səviyyəli beynəlxalq danışıqlar həyata keçirilir.”
“Azərbaycan qarşısında yeni hədəflər müəyyən edib” söyləyən Elman Nəsirov bildirib ki, işğaldan azad edilmiş torpaqların bərpası və yenidən qurulması bizim üçün bi nömrəli məsələdir: “Bunu həyata keçirmək üçün bütün imkanlarımız var. Siyasi iradə, xalqın dəstəyi ortadadır. Maliyyə resurslarımız var və dostlarımız bizi dəstəkləyir. Bu hədəfə də çatacağıq. Bu, zaman məsələsidir və işğaldan azad olunmuş torpaqlarımızın, Qarabağın cənnətə çevrilməsi həm də strateji hədəf kimi müəyyənləşdirilir. Bunun da böyük mənası var. Qoy Ermənistan dövləti və onun siyasi-hərbi rəhbərliyi papağını qarşısına qoyub düşünsün ki, yeganə yol əməkdaşlıq yoludur. Konfrantasiya yolu Ermənistanı uçuruma sürükləyir. Ermənistan həmin uçurumun astanasındadır. Yalnız əməkdaşlıq yolu ilə onun nicatı və xilası mümkündür. Ermənistan nə qədər bunu tez dərk etsə bir o qədər də düşdüyü bu fəlakətli vəziyyətdən çıxış yolu tapa bilər. Azərbaycan Prezidenti əməkdaşlıq yolunu təklif edib. Qalır qarşı tərəfin mövqeyi, müsbət davranışı. Əgər bu olmayacağı tədirdə yenə də Ali Baş Komandanımızın sözləri ilə fikirimi yekunlaşdırıram ki, dəmir yumruq yerindədir.”
Elman Nəsirov: Azərbaycan dünyada mövqeləri güclü olan dövlətdir
16
avqust
10:29
Qarabağ
KOMMENTLƏR
“Prezidentin rəhbərliyi altında Azərbaycan diplomatiyası dövlətimizin mövqelərini kifayət qədər gücləndirib” - RƏY
“Jirinovski və onun kimilər terrorçu missiyasını həyata keçirirlər” - DEPUTAT ŞƏRH ETDİ
Zakir Həsənovdan Azərbaycan ordusuna TƏBRİK
Elman Nəsirov: “Bunun konkret bəhrələrini görmüşük, ötən il Vətən müharibəsi bunu tamamilə sübut elədi”
Azərbaycan tarixinin ən parlaq mərhələsini yaşayır
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı