Azərbaycanda koronavirusa yoluxanların sayı ilə müqayisdə sağalanların sayı azalır. Bəs görəsən virusdan sağalanların sayının azalması nə ilə nəticələnə bilər?
Mövzu ilə bağlı redaktor.az saytının suallarını tibbi ekspert Şəhla Balayeva cavablayıb. O bildirib ki, sağalanların sayı ilə yoluxanların sayı arasında fərq normaldır:
"İndi xəstəlikdən sağalanlar 10-15 gün bundan əvvəl virusa yoluxanlardır. Məlumdur ki, həmin ərəfədə yoluxma statistikası az idi. Ona görə də müvafiq olaraq sağalanlar günbəgün azalır. Son bir həftə ərzində yoluxma sayı kəskin artır. Amma bu müddət ərzində yoluxanlar 10-15 gün sonra sağalacaq. Ona görə rəqəmlər arasında ciddi fərq var".
Ekspert bildirib ki, yoluxma sayı qarşdıakı günlərdə də arta bilər:
"Hazırda yay fəslidir. Hər kəs tətilə, istirahətə gedib. İnsanlar arasında ünsiyyət indi daha sıxdır. Sosial məsafə qaydasına əməl edilmir. Buna görə də virusa yoluxanların sayı artmaqdadır. Hesab edirəm ki, növbəti günlərdə yoluxam sayı daha da arta bilər".
"Azərbaycanda yoluxma daha da artacaq" - PROQNOZ
17
avqust
23:42

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat