2021-ci ilin yanvar-iyun aylarında ölkədə Mərkəzi Bank tərəfindən yerləşdirilən notların ümumi həcmi 3 milyard 470,0 milyon manat dəyərində olub.
Valyuta.az rəsmi mənbələrə istinadən xəbər verir ki, eləcə də 541,4 milyon manat dəyərində səhmlər, 145,6 milyon manat dəyərində korporativ istiqrazları, 100,0 milyon manat dəyərində dövlət istiqrazları dövlət qeydiyyatına alınıb.
Bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bank tərəfindən yerləşdirilmiş notları 3 milyard 397,2 milyon manat həcmində olub. 
Həmin hərraclarda yerləşdirilmiş AMB-nin dövlət istiqrazları 1 milyard 103,7 milyon manat, səhmləri 184,6 milyon manat və korporativ istiqrazları isə 128,0 milyon manat səviyyəsində olub. 
Qeyd edək ki, 2021-ci ilin ilk altı ayında nominal dəyəri 529,8 milyon manat olan dövlət istiqrazları, 137,9 milyon manatlıq Mərkəzi Bankın notları, 92,3 milyon manatlıq korporativ istiqrazları və 16,3 milyon manatlıq səhmlər tədavüldə olub.
Rövşən Ziya


скачать dle 12.1