Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Aygün İsmiyeva sayıqlığı nəticəsində gənci ölümdən xilas edib.
Hadisə Xaçmaz rayonunda baş verib.
İstirahət mərkəzində bir nəfər dənizdə olduğu zaman ürəktutması ilə huşsuz vəziyyətə düşüb və yaxında olan vətəndaşların yardımı nəticəsində sahilə çıxarılıb. Orada istirahətdə olan həkim Aygün İsmiyeva dərhal həmin şəxsə ilkin yardım olaraq ürək masajı etməyə başlayıb.
107 kiloqram çəkidə olan vətəndaşı 25 dəqiqə davam edən ürək masajından sonra həyata qaytarmaq mümkün olub.
"Artıq peşə vərdişidir. Hər zaman və hər yerdə hadisələrə dərhal müdaxilə etməyi özümüzə borc bilirik. Oğlum dənizdə bir nəfər adamın öldüyünü dediyi anda sahilə qaçdım. Vətəndaşın ürək dayanmasından huşsuz vəziyyətdə olduğunu gördüm və dərhal ürək masajı etməyə başladım. Çox sevinirəm ki, yardımım nəticəsində həmin adamın həyatını xilas etmək mümkün oldu. Səhiyyə Nazirliyinin həkimi olaraq vətəndaşlarımıza hər zaman xidmət etməyə hazırıq”, - deyə Aygün İsmiyeva bildirib./oxu
7News.Az
Azərbaycanda maraqlı hadisə: 107 kiloqram çəkisi olan gəncin həyatını xilas etdi - FOTO
18
avqust
23:40
Qarabağ
KOMMENTLƏR
Səhiyyə nazirinin qudası həkimlərin səriştəsizliyi ucbatından öldü
Dənizdə boğulan 5 nəfər son anda xilas edildi
13-cü mərtəbədən yerə düşən azyaşlı həyatını itirdi
DSX dənizdə köməksiz vəziyyətdə qalmış şəxsi xilas etdi
Dənizdə batan bank müdiri tanınmış prokurorun qardaşı oğludur - Yeni təfərrüatlar
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı