Milli Məclisin sabiq deputatı Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verib.
Zərərçəkmiş qismində çıxış edənlər ifadələrində Rafael Cəbrayılova müxtəlif vaxtlarda pul verdiklərini, lakin sabiq deputatın pulu qaytarmadığını bildiriblər.
Zərərçəkmiş Yusif Orucov sabiq deputatla 2015-ci ildə onun avtomobilində görüşdüyünü və ona şəxsən 100 min dollar verdiyini deyib. Digər zərərçəkmiş Şəfanə Məmmədova isə ifadəsində R.Cəbrayılova 50 min dollar verdiyini deyib. Zərərçəkmiş Sənan Ağamirov isə bildirib ki, o, sabiq deputata ümumilikdə 45 min dollar verib və həmin pulun 12 min dollarını geri ala bilməyib.
Digər zərərçəkmiş Məlahət Qurbanova çıxışında sabiq deputata 561 min manat verdiyini və bu məbləğin 169 min manatını geri aldığını deyib. Daha sonra R.Cəbrayılov zərərçəkmişlərin ifadələrinin düzgün olmadığını deyərək bildirib ki, onlardan pulları 2,5 faizlə borc kimi alıb və əksəriyyətini də geri qaytarıb.
Növbəti proses sentyabrın 2-nə təyin olunub.
"100 min dolları öz maşınında şəxsən Rafael Cəbrayılova verdim" - Zərərçəkmiş
19
avqust
17:05
Qarabağ
KOMMENTLƏR
Rafael Cəbrayılovun məhkəməsi başladı
Rafael Cəbrayılov 2.5 milyonu kimlərdən alıb? - Keçmiş deputatın QÜRUBU
Keçmiş deputat qardaşını satdı: Pulları o mənimsəyib
Rafael Cəbrayılov Oqtay Əsədovla ev tikmək adıyla məndən 200 min aldı - Şərurlu İsfəndiyar
Milyondan çox borcu olan deputatdan İLGİNC ADDIM - Telefonunun nömrəsini satır
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev