Son zamanlar rayonlarda müşahidə edilən dəyişkən hava şəraiti, güclü yağış kənd təsərrüfatına da ziyan vurub.
Bunun isə meyvə- tərəvəz bazarında qiymət artımı yaradacağı gözlənilir.
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli Bakı Səsi-nə bildirib ki, güclü yağışlar kənd təsərrüfatının bir sahəsinə ziyan vursa da, taxıl və arpada dəyişiklik müşahidə edilməyib: "Məlum olduğu kimi, bir çox rayonlar üzrə taxıl və arpa biçini yekunlaşıb. Yaxın zamanlarda dağlıq və dağətəyi rayonlarda da biçininin tam yekunlaşacağı gözlənilir. Ona görə deyərdim ki, güclü yağışlar bu sahəyə elə də çox ziyan vurmayıb və bu sahədə bahalaşma gözlənilmir".
Nicat Nəsirli qeyd edir ki, güclü yağışlar nəticəsində meyvə bağlarına ziyan dəyib: " Meyvə-tərəvəzin qiymət artımına gldikdə, burada bəzi dəyişikliklər gözləniləndir. Yağan yağışlar bəzi meyvələrə ziyan vurub, onların yetişməsində, formalaşmasında müxtəlif qəribəliklər yaradıb. Məsələn, almanın görkəmində müəyyən əyriliklər müşahidə edilir. Bu da istehsalçıdan əlavə qulluq, əmək tələb edir".
Gücləndirilmiş karantin rejiminin iş prosesinə mane olduğunu bildirən eksperin fikrincə, bəzi qiymət dəyişikliyi olarsa, anlayışla qarşılanacaq: "Digər tərəfdən, gücləndirilmiş karantin rejimində edilən bəzi dəyişikliklər də qiymətlərin dəyişməsinə səbəb ola bilər. Bu şəraitdə fermerdən məhsulu daha iri kombaynlarla yığılması gözlənilir, lakin buna da hər fermerin maddiyatı əl vermir".
Hava meyvələrin görkəmini dəyişir: Karantin də bahalaşdırır
17
iyul
15:07
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev