Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov sərt karantin rejiminin daha iki həftə uzadılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edək ki, iyulun 16-da sağalanların sayı yoluxanlardan çox oldu. Belə ki, Operativ Qərargahın yaydığı məlumata görə, iyulun 16-da 493 nəfər koronavirusa yoluxub, 561 nəfər isə sağalıb. Əgər gündəlik yoluxanların sayında azalma və sağalanların sayında çoxalma müşahidə olunarsa, növbəti yumşalmada toyların keçirilməsinə icazə verilə bilərmi?
Bununla bağlı danışan Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev bildirib ki, hazırda 5 iyuldan başlayaraq saat 06:00-dan 20 iyul saat 06:00-dək Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində xüsusi karantin rejimi tədbiq edilməkdədir. Artıq son günlərdə gündəlik yoluxanların statistikasında azalmalar, sağalanların sayında isə çoxalma müşahidə olunur.
Dünən hətta sağalanların sayı yoluxanlardan xeyli çox idi. Bu da insanlarımızın qoyulan qaydalara və verilən tövsiyələrə əməl etdiyini göstərir. Düşünürəm ki, növbəti 2 həftəlik sərt karantin rejimində də gündəlik yoluxanların sayında azalma dinamikası belə davam edərsə, növbəti yumşalmada müəyyən qaydalara əməl etməklə toyların keçirilməsi məsələsinə baxıla bilər. Təbii ki, hər şey insanlarımızdan asılı olacaq. Əgər vətəndaşlarımız qoruyucu tibbi maskalardan istifadə edib, sosial məsafəni qoruyarsa, biz tədbiq edilən sərt karantin rejimində daha müsbət nəticələr əldə edərək, normal həyatımıza qayıda bilərik”.
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
17
iyul
15:13
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev