"Separatçı rejimin tör-töküntülərinin qondarma rejimin 30 illiyini qeyd etmək istəyi fiaskoya uğradı. Hesab edirəm ki, hadisəni bu cür adlandırmaq doğru olar, çünki son 30 il ərzində ilk dəfə idi ki, ölkə rəhbərliyindən, demək olar ki, heç kim, hətta Ermənistanın baş naziri Nikol Paşinyan da bu tədbirə qatılmayıb".
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Elman Nəsirov deyib.
Parlament üzvü bildirib ki, Paşinyanın qondarma rejimin 30 illiyi ərəfəsində Soçiyə getməsi təsadüfi deyil: "Yəni istirahət vaxtı bilərəkdən bu dövrə planlaşdırılıb. Bu, tədbirə qatılmamaq üçün bəhanədir. Ümumən digər rəhbər şəxslər də tədbirdə olmayıb. Prezident Armen Sərkisyanın isə ümumiyyətlə, harada olması barədə məlumat yoxdur. Erməni mətbuatının məlumatına əsasən, ölkə parlamenti Vyanadadır. Yalnız ayrı-ayrı bir neçə deputatın bu qeyri-qanuni tədbirə qatılması barədə məlumatlar paylaşılır. Həmin deputatlar da kəskin reaksiyalarla üz-üzə qalıblar. Hətta görünən odur ki, separatçı rejimin tör-töküntü təhlükəsizlik xidməti əməkdaşları tədbirə qatılan parlament üzvlərinin güclə xilas edə biliblər. Reallıq budur! Bu tədbir seperatizmin birbaşa təsdiqidir və beynəlxalq hüquqa ziddir. Tədbirin baş tutmaması da ermənilər üçün ciddi siqnaldır. Onlar belə mənasız tədbirlərə son verməlidirlər. Azərbaycan bu gün Qarabağın bərpası ilə məşğuldur, strateji layihələr həyata keçirir. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlığını qəbul edərək bu layihələrdən yararlana, ailələrini dolandıra bilərlər. Ermənilər anlamalıdır ki, əldə silah tutmaqla xoşbəxt olmaq olmur”.
E.Nəsirov Azərbaycan tərəfinin bu məsələdə heç bir ciddi addım atmaması məsələsinə aydınlıq gətirib: "Ajiotajın olmamasının səbəbi o idi ki, bizə nəticə lazım idi. Nəticə isə odur ki, faktiki olaraq belə qeyri-qanuni tədbirin fonu yaradılsa da, əslində, baş tutmadı".
“Tədbirin baş tutmaması ermənilər üçün ciddi siqnaldır” - Elman Nəsirov
03
sentyabr
12:39
Qarabağ
KOMMENTLƏR
Bakıdan Ermənistana XƏBƏRDARLIQ - Azərbaycan baş verənlərə səbrlə yanaşmayacaq
Ermənistan spikeri Azərbaycan torpağında SEPARATÇI REJİMİN "AD GÜNÜ"NÜ KEÇİRDİ...
Ermənilər Xocalıda 2 min nəfərlik yeni qəsəbə salmaq istəyir...
Qondarma rejimin nümayəndəsi 7 000-dən çox itkilərinin olduğunu açıqladı - FOTO
“Azərbaycanda saxlanılan erməni diversantların məsələsi Paşinyanın dilinin əzbərinə çevrilib” – Elman Nəsirov
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı