Dünəndən Azərbaycan Respublikasının işğal alıtındakı torpaqlarında növbəti qanunsuz səfərdə olan  işğalçı ölkə parlamentinin sədri  Ararat Mirzoyan  bu gün separatçı rejimin üzdəniraq başçısı Araik Arutyunyanla birgə qondarma qanunsuz qurumun elan olunmasının 29-cu ildönümünü qeyd edib.

Ermənistan nəşrlərinin yaydığı məlumata görə, şənlik Xankəndindəki kafelərdən birində keçirilib.  Tədbirə  Ermənistan spikeri ilə bərabər  gəlmiş  Paşinyanın “Mənim addımım” blokunu parlamentdə təmsil edən deputatlar: Andranik Köçəryan, Sarkis Xandanyan və Viktor Yengibaryan da qatılıblar...
P.S. Sabah, biri gün həmin bu erməni rəsmisi ilə ATƏT-in Minsk Qrupunun həmsədri  olan ABŞ, Rusiya, Fransanın və ya digər Avropa ölkələrinin rəsmi nümayəndələri görüşüb beynəlxalq qanunlardan, sülhdən, sabitlikdən dəm vuracaq. Sonra da eyni sözləri bizimkilərlə görüşdə təkrar edəcəklər. Və bu minvalla yenə günümüzü, günlərimizi, aylarımızı, illərimizi keçirəcəyik?..скачать dle 12.1