3 Sentyabr 2021-ci il tarixində, xarici içlər naziri Ceyhun Bayramov Qırğızıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Kayrat Osmonaliyevi qəbul edib. Səfirin etimadnaməsinin surətini qəbul edən nazir, onu təyinatı münasibətilə təbrik edib.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov ölkələrimiz arasında əsrlər boyu mövcud olan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərində danışaraq, bu əlaqələrin inkişafı perspektivlərini vurğulayıb. Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib. Nazir, həmçinin ölkələrimiz arasında çoxtərəfli platformalarda əməkdaşlığın inkişafından məmnunluq ifadə edib.
Səfir Kayrat Osmonaliyev yeni təyin olunmasına baxmayaraq Azərbaycan barəsində məlumatlı olduğunu qeyd edib və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Səfir, Qırğızıstan xarici işlər naziri Ruslan Kazakbaevin səmimi salamlarını nazir Ceyhun Bayramova çatdırıb və nazir Kazakbaevin Azərbaycanlı həmkarını rəsmi səfərə dəvət etdiyini bildirib.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Nazir səfir Kayrat Osmonaliyevə Azərbaycandakı gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ceyhun Bayramov Qırğızıstanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
03
sentyabr
18:06
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı