Xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinşin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov qonaqları səmimiyyərtlə qarşılayıb və ölkələrimiz arasında mövcud olan, tarixi əlaqələrə və qarşılıqlı dəstək və əməkdaşlığa əsaslanan münasibətləri məmnunluqla qeyd edib. İkitərəfli və çoxtərəfli müstəvilərdə uğurla həyata keçirilən əməkdaşlığın perspektivləri vurğulanıb.
Roman Naudinş bölgədəki cari vəziyyətlə tanış olmaq baxımından səfərin əhəmiyyətini qeyd edib. Bölgədə sülhün təmin olunması üçün əldə edilmiş razılıqlara riayət edilməsinin vacibliyini ifadə edib. Latviya Seyminin üzvü, həmçinin Azərbaycanın üzləşdiyi mina təhlükəsinin ciddiliyini vurğulayıb.
Nazir bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Ermənistanın sərhəd bölgəsində gərginliyin artırılmasına xidmət edən addımları, sərhəd məntəqəsində diversiya-kəşfiyyat fəaliyyəti, o cümlədən ərazilərin minalanması cəhdləri, eləcə də üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərin bərpası prosesi ilə bağlı qarşı tərəfə məlumat verib.
Görüşdə tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin inkişafı, habelə Parlamentlər arasında, humanitar sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Görüş zamanı ölkələrimiz arasında qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.
XİN rəhbəri sərhəddəki vəziyyətdən danışdı
08
iyun
18:14

Qarabağ
KOMMENTLƏR
Ceyhun Bayramov Filip Rikerlə bölgədəki vəziyyəti müzakirə etdi
Ceyhun Bayramov və Sergey Lavrovun mətbuat konfransı - YENİLƏNİB-1 - VİDEO
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşdü
Ceyhun Bayramov italyan həmkarı ilə telefonla danışdı
Ceyhun Bayramov Fransa Milli Assambleyasının nümayəndə heyəti ilə görüşdü
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat