2020-ci ilin mart ayından koronavirusun geniş yayılması ilə əlaqədar məktəblərin bağlanması və ötən tədris ilində də əsasən "online" təhsilə üstünlük verilməsi təhsil ictimaiyyətini yeni dərs ilinin formatı ilə bağlı tərəddüdlər qarşısında qoymuşdu. Təhsil naziri Emin Əmrullayevin yeni dərs ilinin mərhələli şəkildə sentyabrın 22-si və 29-da başlayacağı haqda açıqlaması isə, məktəb geyimlərinin alış-verişində canlanma yaradıb. Bəs görəsən şagird sayı qədər məktəbli forması varmı və qiymətlərdə dəyişiklik olubmu?
Xezerxeber.az xəbər verir ki, yeni dərs ilinin yeni vaxtda başlaması bu gün ənənəvi məktəbli geyimlərinə tələbatı artırdı. Təhsil naziri Emin Əmrullayevin açıqlaması məktəbli geyimi almaq üçün növbədə olan valideynləri hərəkətə gətirdi.
Bu il ilk dəfə aşağı və yuxarı sinif şagirdləri üçün dərslər müxtəlif vaxtlarda başlayacaq. Amma geyim almaq növbəsində aşağı sinif şagirdlərinin valideynləri ilə yanaşı, yuxarı sinif şagirdlərinə də valideynlərinə rast gəlinir. 9-cu sinif şagirdi Əli deyir ki, dərslərin başlama vaxtı dəqiqləşən kimi özünə mətkəbli forması almağa gəlib.
Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov deyir ki, məhz ötən gün dərslərin ənənəvi qaydada keçiriləcəyi ilə bağlı məlum açıqlamadan sonra məktəbli geyimlərinin satışında artım var. Artan tələbat isə hansısa qıtlığa səbəb olmayıb.
Yeni tədris ilinə hazırlaşan valideynlər məktəbli geyimlərinin qiymətində bu il də hansısa dəyişikliklə rastlaşmayacaqlar.
Qeyd edək ki, ölkəmizdə orta məktəb şagirdlərinin sayı təqribən 1 milyon 500 min nəfərdən çoxdur və onlar üçün nəzərdə tutulan məktəbli formalarının qiymətində sonuncu dəyişiklik 2017-ci ildə edilib.
Övladı məktəbə gedəcək valideynlərin nəzərinə! - QİYMƏTLƏR
09
sentyabr
10:04
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı