Əsas mövzuya keçməzdən öncə yaxın keçmişə bir ekskurs edək. Deməli, 2003-cü ildə president seçkilərinə  qızğın hazırlıq gedir. Gənc İlham Əliyevin Prezidentliyə real namizəd olmasını  bəzilər həzm edə bilmir. Bəziləri isə xarici havadarlarının sifarişi ilə  seçkiyə mane olmağa çalışırlar. Həmin dövrdə özünü  xanım-xatun kimi aparmaq istəyən keçmiş dövlət katibi, Liberal Partiyanın sədri Lalə xanım Şövkət guya canıyananlıq, ağbirçəklik edərək məsləhət verirdi: “ Oğlum İlham, hələ gəncsən, ətrafındakı  qoca qurdlar sənə imkan verməyəcək və s…” Ötən  17 il kimin qurd kimlərin çaqqal-çuqal olduğunu ortaya qoydu. Bəli, kimlərsə özünü Boz Kardinal, kimsə özünü Fövqəl nazir, kimsə özünü BARON  ZİYA, kimsə özünü PATRON-zad  hesab edə bilərdilər.  İndi onların hamısı Mirzə Cəlil demişkən, “Bəlkə də qaytardılar…”  ümidi ilə gecələr kolluqda-zadda toplaşıb plan cızırlar. Amma qatar çoxdan gedib. Və 17 illik zaman göstərdi ki,  İlham Əliyev üçün cardinal-zad, baron-filan söhbəti keçərli deyil. Axı, prezident seçiləndən az sonra keçirdiyi ilk müşavirədə İlham Əliyev  Kim mənimlə bir komandada qalıb işləmək istəyirsə, BUYURSUN, kim siyasətlə məşğul olmaq istəyirsə QAPI açıqdır, gedə bilər, dedi  və qapını göstərdi. 17 il əvvəl  olan  bu olayı nə üçün yada saldım. Son müşavirədə cənab Prezident  İlham Əliyev  AZAL-ın, SOCAR-ın, AzDəmirYolun ünvanına çox kəskin fikirlər səsləndirdi: “ AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir” Bəli, cənab Prezdent Cahangir Əsgərova yerini göstərdi. Məlumat üçün  qeyd edək ki, bir neçə dəfə Azalın şefinə ciddi  xəbrdalıq edilib. Amma özündən razı və doğma dilimizdə danışmağı özünə yaraşdırmayan və dar dairələrdə “Mən massonam mənə kimsə   dəyə bilməz”  deyən özündən razı Canikin vaxtı çatıb. Bir daha təkrar edirik ki, cənab Prezident üçün Kardinal, Baron, Masson-zad  söhbəti yoxdur. Azərbaycan dövlətinin maraqları var. Vəssalam.скачать dle 12.1